XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2016 - 19:24

Samir Şərifov dollar krediti olanları bankın ümidinə buraxdı:[color=red] “Banklar qazanıblar, özləri də həll etsinlər”

Samir.jpg

Azərbaycanın maliyyə naziri Samir Şərifov ANS-in “Hesabat” verilişində dollar kreditlərinin köhnə məzənnə ilə ödənilməsi məsələsinə toxunub.

Nazir bildirib ki, hökumət əmanətləri vergidən azad etməklə və qorunmasına tam təminat verməklə, artıq addımlar atıb. Bundan sonra dollardakı kredit borcu olanlara güzəştin edilməsi bank ilə müştəri arasında olan məsələdir:

“Dollar kreditlərinə güzəştin verilib-verilməməsi, bank ilə müştəri arasında olan məsələdir. Bilirsiniz, bizdə banklar o xarici valyutadakı kreditləri verən zaman bir çox hallarda bu kreditləri istehlak krediti kimi yüksək faizlə veriblər. Biz bunu da etiraf etməliyik. Yadınızdadır, bankların verdiyi istehlak kreditlərinin faizi illik 20-35% idi. Bunun nəticəsidir. Amma əvvəllər bu adamlar 30-35%- ödəyiblər axı… Yəni banklar bundan yüksək gəlir və mənfəət götürüblər. Bunlar niyə əvvəlki illərdə götürdükləri yüksək gəlirləri yaranmış problemlərin həllinə yönəltmilər?! Burada suallar var”.