XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2016 - 05:22

Azərbaycanlı milyarder [color=red] İranda neft axtarır

İran və Rusiyanın neft şirkəti “Lukoyl”  neft yataqlarının axtarışı ilə bağlı 6 milyon dollar dəyərində müqavilə imzalayıblar. Bu barədə İran Milli Neft Şirkətinin (NIOC)  neft yataqlarının kəşfiyyatı şöbəsinin rəhbəri Hörmüz Qalavanda istiandən yerli Press TV kanalı məlumat yayıb.

Qalavandın məlumatına görə, neft ehtiyatlarının axtarışı Dəşt-Abadan yatağı və Huzistan vilayətində, Fars körfəzinin şimal ərazisində aparılacaq.

“Lukoyl” bu layihə ilə bağlı xərcləri öz üzərinə götürüb və artıq kəşfiyyat işləri başlayıb.

Bundan əvvəl məlumat yayılmışdı ki, ötən il dekabr ayında azərbaycanlı iş adamı, milyarder Vahid Ələkbərovun rəhbərlik etdiyi  “Lukoyl” Tehrana Fars körfəzinin şimal ərazisində neft axtarışı ilə bağlı təkliflərini göndərib.  “Lukoyl”, həmçinin 9 il əvvəl Statoil şirkəti ilə birlikdə Anaran blokunda axtarışlar aparmışdı, bu işlərin nəticəsində “Azər” və “Şanqule” yataqları kəşf edilmişdi.

2007-ci ildə “Lukoyl” İrana tətbiq edilən sanksiyalar nəticəsində ölkəni tərk etməli olmuşdu.

Xatırladaq ki, bu il yanvarın 16-dan etibarən İrana tətbiq edilən sanksiyalar götürüldü.

Strateq.az