XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2016 - 06:09

Moldovada meydana 100 min etirazçı çıxdı [color=red]- Hökumətə 3 gün vaxt verildi (FOTOLAR)

Moldovada etirazlar səngimək bilmir. Paytaxt Kişinyovdakı mərkəzi meydana bu dəfə 100 minə yaxın etirazçı çıxıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, müxalifət hökumətə yanvarın 28-nə qədər vaxt verib.

Nümayişçilər bildiriblər ki, tələbləri yerinə yetirilməsə, paytaxtdakı əsas yolları kəsəcəklər. 

Aksiyanın təşkilatçıları bu dəfə də «Bizim Partiya», Sosialist Partiyası, "Ləyaqət və Həqiqət" Vətəndaş Platforması olub. Onlar Pavel Filipin baş nazir postuna təyin edilməsinə etiraz edir və ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. 

Parlamentin sədri Andrian Kandu bildirib ki, nümayişçilərin tələbləri qanunauyğun deyil. 

Növbəti mitinq yanvarın 31-nə təyin olunub. Müxalifət liderləri hökumətə xəbərdarlıq edib ki, növbəti aksiyalarda yüzminlərlə  insan iştirak edəcək.