XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Yanvar 2016 - 06:40

Strasburqda hansı məsələlər müzakirə olunacaq? – [color=red] AŞPA sessiyası başladı

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti qış sessisyası öz işinə başlayır. Strateq.az AŞPA-nın saytına istinadla xəbər verir ki, sessiya yanvarın 29-dək davam edəcək. Bu sessiyada Avropa İttifaqında miqrant böhranı, beynəlxalq terrorizmlə mübarizə, Polşada demokratik institutların fəaliyyəti, qadın hüquqlarının müdafiəsi əsas müzakirə mövzusu olacaq.

Miqrantlar məsələsi ilə bağlı “Aralıq dənizi: qanunsuz miqrasiyanın son qapısı” adlı məruzə dinləniləcək.

Xaricdə terrorçu təşkilatlara qoşulan avropalılar, Suriya və İraqdakı vəziyyətlə bağlı AŞPA üzvləri müzakirələr aparacaqlar. Bu müzakirələrə Fransanın Avropa işləri üzrə dövlət naziri Harlem Dezir də qatılacaq.

Bu sessiyada AŞPA-nın növbəti 1 il üçün yeni prezidenti də seçiləcək. Sessiyada Azərbaycanla bağlı iki hesabat müzakirə olunacaq.

Yanvarın 26-da Robert Uolterin (Britaniya) "Dağlıq Qabağda və Azərbaycanın işğal altında olan başqa ərazilərində gərginlik", Bosniya və Herseqovinadan olan deputat Militsa Markoviçin "Azərbaycanın sərhədyanı regionlarının əhalisi qəsdən içməli sudan məhrum edilirlər" hesabatları müzakirəyə çıxarılacaq.

Sessiyanın ilk iş günündə Bolqarıstan prezidentinin AŞPA-da çıxış edəcəyi gözlənilir.

Yanvarın 28-də Avropa Şurasına üzv dövlətlərdə hüquq-müdafiəçilərinin rolununun və müdafiəsinin gücləndirilməsi və Avropada QHT-lərin fəaliyyətinin haqsız məhdudlaşdırılmasının qarşının alınması ilə bağlı məsələlər müzakirə olunacaq.

AŞPA sessiyasında eyni zamanda Kosovodakı vəziyyət, bütün uşaqlar üçün məktəblərin əlçatanlığı, məhkəmə sistemində korrupsiyanın qarşısının alınması üçün Assambleyanın tövsiyyələrinin nəzərə alınması ilə bağlı da fikir mübadiləsi aparacaq.

Strateq.az