XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2016 - 06:51

Dünyanın məşhur ekspertləri neftin çox ucuzlaşmasının səkkiz nəticəsi haqda – [color=red] Təhlil

Müxtəlif ölkələrin iqtisadçıları neft qiymətlərinin çöküşünə cürbəcür yanaşırlar:

Rusiyada ixracatın dəyərinin azalması və rubl kursunun düşməsindən danışırlar – nəticədə həm hökumətin, həm də əhalinin pulu azalır.

ABŞ-da benzin qiymətinin enməsi və bundan törəyən istehlakın stimullaşdırılmasına sevinirlər (benzinə az pul itirdikcə mağaza və  restoranlarda və s.-də daha çox xərcləyirsiniz). Lakin neft qymətləri bütün dünya üzrə təkcə iqtisadiyyata zərbə vurmur, geopolitikaya da təsir edir. Bahalı nerft Rusiya və İranın hasilatçı hökumətlərinə dəstəkdir, Yaxın Şərq rejimlərinin sabitliyini, İraq və Nigeriyadakı ekstremist qruplaşmaları gəlirlə təmin edir.

"Politico Magazine" dərgisi energetika, geopolitika və iqtisadiyyat sahələrindəki bütün məşhur ekspertləri ucuz neftin dünyanı hansı qeyri-aşkar təhlükələrlə təhdid etdiyi haqda sorğu-suala tutub.

Con Maklafin (Con Hopkins universitetininin nəzdindəki Pol Nitse adına beynəlxalq araşdırmalar Məktəbi):

“Neft qiymətlərinin iflası, 2016-cı il üçün ola bilsin, gələcəkdə də dönüş məqamlarından biri olacaq. Neftin dəyərini öncədən söyləmək çətindir, lakin hər şey ona işarə edir ki, hiss ediləsi dərəcədə qalxmayacaq və düşə bilər. İri hasilatçı OPEK-dən kənarda qiyməti azaltmağa razılaşan müttəfiq tapsa, “fənd 22” effekti işə düşəcək. Qiymətlər yüksəlsə, ABŞ-ın şistli neft şirkətləri yenidən canlanacaq və sürətlə bazara dönəcək və beləliklə, qiymətlərin endirilməsi üzrə planları korlayacaq. “Ərəb baharı”nın etirazlarını durdurmaq üçün sosial proqramlara milyardlar və subsidiyalar yatırdan ölkələrdə siyasi effekt daha çox qeydə alınacaq. Rusiyada isə iqtisadi problemlərə sınaqdan keçirilimiş cavab – hərbi sərgüzəştlər vasitəsilə millətçi qırımların səfərbər edilməsi”.

Yan Bremmer (Eurasia Group-un prezidenti):

“Düşük neft qiymətlərinin geopoltik təsiri siyasi strukturların kövrək olduğu və neft sərvətiylə maliyyələşdirildiyi Yaxın Şərqdə cəmlənib. Вölgənin rejimləri sosial, siyasi və iqtisadi islahatların olmadığı şəraitdə daxildən qaynaqlanan birbaşa təhlükə ilə toqquşacaq. Neft pulları qurtaranda bu ölkələrin bütövlüyünü nə saxlayacaq?”

Qal Lyuft (Kürəsəl təhlükəsizlik analizi İnstitutu – IAGS):

“Biz bundan artıq keçmişik: 1970-ci illərin böhranına cavab olaraq neft qiymətləri növbəti bütün onilliklərdə düşdü. Lakin musiqi uzun müddət çalınmadı – 1998-2000-ci illərdə neftin qiyməti yeddi dəfə qalxdı və kürəsəl böhranı işə saldı. Dünya iqtisadiyyatı durğunluqdan silkinsə, bu, yenidən baş verə bilər. Hələlik ümumdünya nəqliyyat sektoru – avtomobillər, yük maşınları, gəmilər, təyyarələr – neftə bağlıdır və ehtiyatların böyük qismi repressiv rejimlərin əlindədir. Bu ancaq neft qymətlərinin üçişarəli rəqəmə dönəcəyi zamanın məsələsidir. Neft bazarındakı cari durumda bütün neft böhranlarının başlanğıcını qoymaq potensialı var”.

Den Yesti (Yel universiteti):

“Hasil edilən yanacağın, çox güman ki, qısamüddətli olası enimi alternativ enerji qaynaqlarının uzunmüddətli perspektivlərini gücləndirəcək. Alternativ energetikanın inkişafı üzrə layihələrin məsrəfini azaltmaq lazım gəlsə, onun texnologiyaları daha rəqabətqabiliyyətli olacaq. Nə vaxt eşitsəniz ki, ucuz neft xalis energetikanın dəfnini bildirir, ən yaxşısı, buna çox da güvənməyin”.

Terri Linn Karl (Stenford universiteti):

Aşağı qiymətlər – kürəsəl münaqişələr katalizatorudur. Ucuz neft böyük gəlir itkisi törədir, yoxsulluğu ağırlaşdırır. Bu, xüsusən də Rusiya, Braziliya və Meksika üçün qanunauyğundur, lakin Kanada üçün də düzgündür. Rejimin dayanıqlığı “neft paktı”na (siyasi loyallıq və yaxud passivliyin əvəzində iqtisadi mənfəət) söykənəndə aşağı qiymətlər zəif valyutadan, artan borclardan, büdcə və ticarət kəsirindən, qidaların artan qiymətlərindən və mühüm xidmətlərin ixtisara düşməyindən zəhərli kokteyl əmələ gətirir. Bu cür kədərli proqnoz, adətən, kövrək hökumətlərin, bəzən isə dayanıqlı görünən rejimlərin iflasını bildirir. Neft qymətlərinin son dərəcə aşağı qalması və yaxud sıçrayışı önəmli deyil. Qiymətlərin dəyişilməsi özlüyündə qaliblərə də, zəiflərə də təhlükəli şəkildə ziyan vurur, iqtisadiyyatı və siyasi sistemləri sabitsizləşdirir və müharibələr törədir”.

Stiven Kintser (Braun universiteti):

“Kürəsəl energetika bazarının radikal şəkildə yenidən biçimlənməsi Birləşmiş Ştatlara yeni xarici siyasət qurmaqda şirnikləndirici imikanlar verir. Biz onillər boyu Sovert İttifaqı ilə qarşıdurmada Fars körfəzi şeyxlərinin gündəliyini qəbul etməyə məcbur idik, çünki onların neftinə və dəstəyinə ehtiyacımız var idi. Neft qiymətlərinin düşməyi (və soyuq savaşın bitməsi) bizi bu yoldan qurtardı. Bu, ABŞ-ın Yaxın Şərqdə öz gündəmini – tərəfdaşlarımızın deyil, bizim öz ehtiyaclarımızı nəzərdə tutan gündəmi qurmaq üçün ideal zamandır”.

Dennis Ross (Vaşinqtondakı Yaxın Şərq siyasəti institutu – WINEP):

“Ruslar və iranlılar aşağı qiymətlərdən açıqca əzab çəkirlər. Bu, Səudiyyə Ərəbistanına birbaşa və dolayı basqı göstərmək üçün İranla birləşməkdə Rusiyaya əlavə bəhanələr verəcəkmi? Ola bilər. Bu, səudların ABŞ-la yaxşı münasibətlər saxlmağına təkan verəcək”.

Elliot Abrams (Beynəlxalq münasibətlər Şurası – CFR):

“Neftin aşağı qiymətinin başqa tərəfi budur ki, İranla Rusiyanın oyunlarına az pul qalır. Putin gəlirlər azaldıqca və Obama administrasiyası ilə Rusiya arasında ixtilaflar zəiflədikcə geopoltik qələbələr çalmaq imkanlarının qapandığını görür. Bundan çıxış edib güman etmək olar ki, Putin 2016-ı ildə xüsusən aqressiv olacaq. İrana gəlincə, düşmüş neft qiymətləri bildirəcək ki, sanksiyaların görülməsindən müsbət efekt gözlənildiyindən az oldu. Bu isə tam şəkildə cəmiyyətdə narazılığa səbəb ola bilər. 2016-2017-ci illərdə İranda repressiyaların güclənəcəyini gözləyin”.

İrina Solomonova

Slon.ru (Rusiya), 24.01.2016