XƏBƏR LENTİ

12 Noyabr 2019

Digər Xəbərlər

01 Sentyabr 2019 - 13:28

Sabah hava necə olacaq? –PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  Strateq.az-a verilən məlumata görə, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-26° isti, Bakıda gecə 16-18° isti, gündüz 24-26° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80%, gündüz  55-65%  olacaq.  

Sentyabrın 2-də Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək. 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz  22-27° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti təşkil edəcək.