XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

25 Yanvar 2016 - 08:48

Türk nəşri ABŞ və Rusiyanı “terrorçu dövlət” adlandırdı – [color=red] “Kürdləri onlar silahlandırır”

Məlum olduğu kimi, terrorçu qurumlar, xüsusən də İslam dünyasında yönəldilənlər bəzi dövlətlərdən dəstək alır.

Təkcə bizim bölgədə baş verənlərə görə fikir yürütdükdə aydın olur ki, ABŞ, AB və Rusiya terrorçu qurumları müdafiə edir. Hətta bu cür bəzi qruplar praktik olaraq, onların silahlı gücünə çevrilib. Lakin terroru özünün əsas fəaliyyət sahəsi sayan qurumları dəstəkləyən ölkələri məgər terrorçu elan etmək lazım deyilmi?

Arxasında bu və ya digər dövlətin durduğu qurumlar, yəqin ki, öz varlıqlarını uzun müddət qoruyub saxlaya bilməz. Buna görə də bu qurumları dəsətkləyən ölkələr, əslində, terrorçudur. “Terrorçu dövlətlər”dən söz düşərkən, əlbəttə, fələstinlilərə hücum və bu bölgədə kütləvi qətliamlar səbəbindən birinci ağla gələn İsrail olur. Bununla belə, İraq, Suriya, Pakistan, Liviya və Əfqanıstandakı hadisələr bizi bir daha əmin olnmağa vadar edir ki, ABŞ-ı terrorçu dövlət saymaq lazımdır.

Bununla bağlı olaraq, terrorla mübarizədə ABŞ-ın və AB-nin bəzi ölkələrinin dəstəyini əldə etmək cəhdlərimiz hər cür mənasını itirir. Terrorçu təşkilatla mübarizə aparmaq və bu təşkilatı dəstəkləyən ölkələrlə əməkdaşlıqda terroru dəf etmək mümkünsüzdür. Başqa cür hesab etmək təkcə özünü aldatmaq deyil, həm də bütün cəmiyyəti yanlışlığa uğratmaqdır.

ABŞ Suriya ilə sərhəddə “sipər” yaratmaqda Türkiyəyə kömək etməli və İŞİD-in fəaliyyətini aşkarlamağa imkan verən sistemlər haqda məsələ ABŞ vitse-prezidenti Co Baydenin Türkiyə səfəri zamanı müzakirə olunmalıydı. Başqa sözlə, İŞİD terrorçu təşkilatını zərərsizləşdirməyə yardım edəsi müəyyən sistemlər işə salınmalıydı. Bu cür sistemləri isə ABŞ təqdim etməli idi. Lakin eyni zamanda eşidirik ki, Silopidə (Şirnak) ABŞ-ın Kürdüstan Fəhlə Partiyasını (PKK) təchiz etdiyi pilotsuz uçuş aparatı tapılıb.

Deməli, ABŞ PKK terror təşkilatına dəyəri 250 min lirə olan pilotsuz satıb və ya sadəcə, verib. Onun terrorçu təşkiatın əlinə necə düşdüyü, PKK-ya birbaşa verildiyi və yaxud “Demokraik Birlik” partiyasının (PYD) əliylə ötürüldüyü artıq çox da önəmli deyil. Başlıcası budur ki, terrorçu təçkilata qarşı mübarizədə Türkiyə əleyhinə (o isə ABŞ texnologiyasına güvənir) istifadə ediləcək uçuş aparatı ABŞ tərəfindən daha başqa bir terrorçu quruma ötürülüb. Belə olan halda terorçu təşkilatla əlbir hərəkət edən və ona hər cür yardım edən dövlət terrorçu qurumun özündən nə ilə fərqlənir?

Bir tərəfdən, Türkiyə İŞİD-i öz sərhədlərinə yaxın buraxmamaq üçün öz müttəfiqlərindən (!) yardım istəyir, digər tərəfdən PYD terror təşkilatı Rusiya və ABŞ-ın yardımı ilə Quzey Suriyada öz üstünlük ərazisini genişləndirir. Bir sözlə, iki müstəmləkəçi güc – ABŞ və Rusiya PYD terror təşkiatını dəstəklə təmin edir. PYD-nin PKK terrror təşkilatının Surya qanadı olduğu nəzərə alınsa, onu hansısa başqa bir struktur hesab etmək gerçəkçilik deyil, PYD və PKK-ya dəstək eyni hədəfə xidmət edir. Və bu hədəf, yəqin ki, Türkiyəyə qarşı yönəldilib. Bu halda Türkiyə terrorla mübarizədə ABŞ-la necə əməkdaşlıq edəcək? Bu cür əməkdaşlıqdan arzu olunan nəticəni əldə edə biləcəkmi?

Ümumilikdə terrordan danışarkən təkcə onunla bağlı qurumlardan danışmaq lazım deyil, həm də terrorçu təşkilatları müdafiə edən ölkələrin siyahısı təklif edilməlidir. Terror təşkilatlarındansa dövlətlərin terroru daha çox qan axmasına və qurbanların sayının çoxalmasına səbəb olur. Bölgəmizdəki terror təşkilatlarından söhbət gedərkən, ABŞ və Rusiya ancaq İŞİD-dən danışır, deməli, digər təşkilatları sadəcə, gizlədir. Bununla belə, baş nazir Davudoğlu qeyd edir ki, PKK ilə İŞİD arasında heç bir fərq görmür. Başqa sözlə, Türkiyə üçün PYD və PKK da İŞİD kimi terrorçu təşkilatlardır. Buna görə də bu təşkilatlara dəstək verən ölkələri onlarla eyni kateqoriyaya aid etmək gərəkdir.

Əbdülqadir Özkan

Milli Gazete (Türkiyə), 25.01.2016