Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, İqtisadiyyat Nazirliyində müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin nümayəndələri ilə görüşlər keçirilir, onların təklifləri dinlənilir.
Strateq.az İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin nümayəndələri ilə keçirilmiş görüşdə dövlət başçısı tərəfindən ölkəmizdə yerli xammal hesabına istehsalın, o cümlədən meyvə-tərəvəz məhsullarının emalı sahəsinin inkişafına xüsusi diqqət göstərildiyi vurğulanıb, yeni texnologiyalar əsasında müasir standartlara uyğun rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin istifadəyə verildiyi bildirilib.
Görüşdə meyvə-tərəvəz məhsulları emalı müəssisələrinin ixrac potensialının daha da artırılması üçün dəstək mexanizmlərinin gücləndirilməsi imkanları barədə müzakirələr aparılıb.
Meyvə-tərəvəz məhsulları emalı müəssisələrinin nümayəndələri rəqabət və ixrac qabiliyyətinin artırılması məqsədilə istifadə olunan taralar və yüksək təzyiqə davamlı metal qapaqların yerli istehsalının dəstəklənməsi, onların istehsalı üçün tələb olunan xammal və komponentlərin idxalına güzəştlərin tətbiqi barədə təkliflər səsləndirilib.
Görüşdə səsləndirilən təkliflərin həyata keçirilməsi imkanlarının araşdırılacağı iştirakçıların diqqətinə çatdırılıb.
Strateq.az