XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

26 Yanvar 2016 - 04:45

[color=red] ABŞ-dan Putinə kompromat hücumu [/color] – Rusiya prezidentini korrupsiyada, milyardları mənimsəməkdə ittiham etdilər

putin-v.jpg

ABŞ Maliyyə Nazirliyi açıq şəkildə Rusiya prezidenti Vladimir Putini korrupsiya sxemlərində iştirakda ittiham edib. 

Bu barədə ABŞ Maliyyə nazirinin terrorçuluğun malliyyələşdirilməsi və maliyyə kəşfiyyatı üzrə müavini, Rusiyaya qarşı sanksiyalara məsul şəxs Adam Şubin BBC-yə açlqlamasında bildirib.

Onun sözlərinə görə, Vaşinqton artıq uzun illərdir prezident Putinin korrupsiya sxemlərində iştirakı barədə məlumatlıdır: “Biz onun öz dostlarını, yaxın müttəfiqlərini necə varlandırdığını, dost hesab etmədiklərini isə necə marginallaşdırdığını gördük. Fərqi yoxdur, söhbət enerjidaşıyıcılardan, yaxud digər dövlət müqavilələrindən gedir. O, ona xidmət edəcəyini düşündüklərinə kömək edir, kömək etməyənləri isə kənara qoyur.  Bu, mənim üçün korrupsiya mənzərəsidir”.

Şubin 2007-ci ildə Putinin 40 milyard dollar sərvətə malik olması ilə bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı gizli hesabatı şərh etməkdən imtina edib. Bununla belə, o qeyd edib ki, Putin çox böyük sərvət toplaya bilib.

Şubinin açıqlamaları dünən axşam BBC-də "One" kanalında "Panorama" proqramında nümayiş etridilən "Putinin gizli sərvəti" adlı sənədli filmdə səslənib. 

Bundan başqa, hazırda xaricdə yaşayan rus iş adamları da maraqlı açıqlamalar veriblər. Biznesmen Sergey Kolesnikov tanınmış rus iş adamı Sergey Abramoviçin Qara dənizdə Putin üçün saray tikilməsinə 200 milyon dollar xərclədiyini deyib. S.Kolesnikov rus iş adamlarının öz aralarında Putini "Sergey İvanoviç" adlandırdıqlarını açıqlayıb. 

Bankir Sergey Puqaçov isə qeyd edib ki, kifayət qədər sərvəti olanların hamısı Rusiya prezidentindən 100% asılıdır. 

Bu iddialara Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov münasibət bildirib. Onun sözlərinə görə, “bu sualların heç birinə cavab vermək belə lazım deyil, çünki sırf təxəyyül məhsuludur”.

ABŞ maliyyə kəşfiyyatının rəhbərlərindən biri Şubin isə qeyd edib ki, Putinin sərvətinin maskalanması üçün çox üsullar fikirləşiblər: “Deyirlər ki, o, dövlətdən ildə təxminən 110 min dollar ətrafında əmək haqqı alır. Amma bu, onun sərvəti haqqında o qədər də dəqiq açıqlama deyil. Uzun illər ərzində o, öz sərvətini maskalamaq üçün müxtəlif üsullar üzərində işləyib”.

BBC jurnalistləri qeyd edirlər ki, ABŞ rəsmisi ilk dəfədir ki, açıq şəkildə prezident Putini korrupsiya sxemlərində ittiham edib.

News.ru saytı isə 2007-ci ildən bəri Rusiya prezidentinə qarşı irəli sürülən korrupsiya ittihamlarını xatırladıb. 2007-ci ildə politoloq Stanislav Belkovskinin Qərb KİV-nə Rusiya prezidentinin sərvəti ilə bağlı açıqlamaları böyük sensasiya doğurmuşdu. O idda edirdi ki, Putin rus neftinin əsas daşıyıcılarından biri olan "Gunvor" şirkətinin 75%-nə, “Surqutneftqaz” şirkətinin 37%-nə, “Qazprom” şirkətinin 4.5%-nə sahibdir. Onun bütün bu aktivlərinin dəyəri isə 40 milyard ABŞ dolları təşkil edir.

Qərb KİV-i isə Rusiyaya sanksiyalar tətbiq edilən zaman ilk növbədə Putinin yaxın ətrafı olan oliqarxlar və iş adamlarının hədəf götürüldüyünü bir daha yada salırlar. Qeyd olunur ki, bu şəxslərin maliyyə aktivlərinin dondurulması, onların şirkətlərinin Qərb bazarlarına çıxışına və özlərinin səfərlərinə qadağa qoyulması prezident Putin üçün çox böyük zərbə sayıla bilər.

Bu arada ABŞ KİV-i Vaşinqtonda Putinin hələ prezident olmamışdan əvvəl Sank-Peterburq meriyasında işlədiyi dövlərdə onun fəaliyyətinin araşdırılmasına başlanılması barədə məlumat yayıb. Jurnalistlər iddia edirlər ki, Vaşinqtonda Putinin korrupsiya sxemlərində iştirakı iddialarını təsdiq etmək üçün çox böyük subutlar bazası  toplamağa hazırlaşırlar.

Strateq.az