XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 January 2016 - 06:44

Banklar aldığı pulu [color=red] “qara bazara” ötürür?

dollar-45.jpg

Mərkəzi Bank satışa daha 200 milyon dollar çıxardı, amma dollar qıtlığı davam edir.

Dünən Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bankın mətbuat xidmətindən verilən məlumata görə, Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.

Rəsmi məlumata görə, hərracda iştirak edən 19 bank tərəfindən məcmu tələb 39,370 mln ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunub.

Amma maraqlı məqam ondan ibarətdir ki, artıq bununla neçənci dəfədir ki, MB-nin keçirdiyi hərracda kommersiya banklarının dollarla tam təmin edildiyi bildirilir. Amma bütün bu bəyanatlara rəğmən, vətəndaşların banklardan dollar əldə etməsi hələ də problemli olaraq qalır. Valyutadəyişmə məntəqələrinin bağlanması ilə dollar qıtlığının aradan qaldırılacağı rəsmilər tərəfindən bəyan olunsa da, hazırda tam əksi proses yaşanır.

Iqtisadçı Nemət Əliyev hesab edir ki, əgər dollara olan tələbat hələ də ödənilmirsə, deməli, MB hərraca daha az valyuta çıxarıb. Deməli, MB hərraca daha çox valyuta çıxarmalıdır. N.Əliyevin sözlərinə görə, baş verənlərdən çıxarılan ikinci nəticə odur ki, banklar MB-nin onlara satdığı valyutanı satmağa deyil, yığmağa üstünlük veriblər: “Belə baxanda banklar kimindir? Banklar yüksək çinli məmurlara məxsusdur. Onlar da əldə etdikləri dolları yığıma yönəldirlər. Amma bu cür manipulyasiyalarla uzun müddət getmək olmaz. Əgər əhali bu gün lazım olan qədər valyuta ala bilmirsə, deməli, ”qara bazar” işləməyə başlayıb. Bankın özündə “qara bazar”a valyuta ötürən kanallar formalaşıb. Biz artıq onun anonsunu etmişdik ki, Mərkəzi Bankın bu cür davranışları hazırkı kontrastı formalaşdırardı. Görünür, hazırda banklardakı xüsusi adamlar valyutanı “qara bazar”a çıxarırlar və nəticədə Mərkəzi Bank da “qara bazar”a işləyir. Mərkəzi Bank elə bir mühit yaratmalıdır ki, insanlar banklardan valyutanı çox rahatlıqla almalıdır”.

azadliq.info