XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2016 - 07:48

Moldovada nə baş verir?- [color=red] İnqilabi situasiya var, inqilabçılar yoxdur…

moldova-1.jpg

Artıq  1 həfətdir ki, Moldovanın paytaxtı Kişinyovda kütləvi etiraz mitinqləri ara vermir. Mitinqlər bu gün də davam edir. Etirazçılar hökumətin istefaya getməsini, növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Bu gün səhər saatlarında isə yeni seçilən Baş nazir Pavel Filipp qəti şəkildə istefa verməkdən imtina etdiyini açıqlayıb. Onun sözlərinə görə, müxalifətin tələblərinə baxmayaraq, hələ ki, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün zaman və resurslar yoxdur. Nazirlər Kabineti istefaya getsə, parlament 3 ay ərzində yeni hökumət formalaşdırmalıdır. Bu isə daxili siyasi mübarizəni, vəzifə davasını qızışdıracaq, ölkədəki iqtisadi və siyasi vəziyyəti ağırlaşdıracaq. Ola bilsin ki, vəziyyət o qədər pisləşəcək ki, əmək haqqılar, təqaüdlər belə verilməyəcək.

Demokratik Partiyanın namizədi kimi bu günlərdə 57 səslə seçilən Baş nazir hökumətin mitinqçilərə qarşı mübarizə aparacağını da qeyd edib. Onun sölzərinə görə, qanunu pozan etirazçılar cəzalandırılmalıdır. Əgər onlar zoraklığa əl atsalar cavab addımları atılacaq.

Etirazçılar isə bu gün yeni ultimatumla çıxış ediblər. Mitinqçilər tələblərinə məhəl qoyulmadığı təqdirdə dəmir yollarını, əsas avtomagistralları, hava limanlarını bağlamaqla hədələyiblər. Mitiqlər rusiyameylli Sosialistlər Partiyası və “Bizim Partiya” tərəfindən təşkil olunub. Bir sıra QHT-lər, o cümlədən Avropya inteqrasiya tərəfdarı “Ləyaqət və Həqiqət “ Vətəndaş Platforması da mitinqlərə dəstək verir.

Rusiya KİV-i Moldovada baş verənləri Rusiya və Avropa tərəfdarlarının mübarizəsi kimi təqdim etməyə çalışsa da, yerli politolqolar və ictimai-siyasi fəallar fərqli düşünürlər. Qeyd olunur ki, etirazların əsas leytmotivi korrupsiya və oliqarxik hökumətə qarşı çıxmaqdır. İndiki hökumət, 101 yerlik parlamentdə yerlərin yarıdan çoxuna nəzarət edən Demokratik Partiyanın sədr müavini postunu tutan oliqarx Vladimir Plaxotnyukun nəzarətində olan hökumət kimi qəbul olunur. Bildirilir ki, yeni Baş nazir seçdirməklə Plaxotnyuk dövlətə nəzarəti tam ələ keçirə bilib. Onun özünün Baş Nazir vəzifəsinə namizədliyi irəli sürülsə də prezident Nikolay Timofti tərəfindən rədd edilib.

Təhlilçilər qeyd edirlər ki, növbədənkənar parlament seçkiləri bu il mart ayında baş tuta bilər. Çünki mart ayında 61 deputatın səsi ilə yeni prezident seçilməlidir. İndi hamı düşünür ki, Plaxotnyuk prezident seçilmək üçün daha 4 deputatı satın ala biləcəkmi?

Yerli eksperlərin fikirincə, bütün cəmiyyətdə Plaxotnyuka qarşı o qədər nifrət var ki, martda prezident seçkisi baş tutmaya bilər və ölkə növbədənkənar parlament seçkilərinə getməli olar. 

Hazırda etiraz təşkil edən müxalifət partiyalara gəldikdə isə, rusiyameylli Sosialistlər Partiyası və “Bizim Partiya”nın ikisinin birgə reytinqi 35% belə təşkil etmir. Yəni rusların idda etdiyi kimi, onların bütün cəmiyyət tərəfindən dəstəklənməsi də mifdir. Sadəcə hökumətə və iqtidara, siyasətçilərə çox böyük qəzəb olduğundan etiraz aksiyaları belə kütləvi alınır. Avropameylli qüvvələrin də  dəstəyi ciddi rol oynayır.

Yerli ekspertlərin fikirincə, əslində ölkədə inqlabi situasiya var, amma inqlabçılar yoxdur. Bütün sərt çağrışlara baxmayaraq, çoxları başa düşür ki, iğtişaşlar, zorakılıq yaxşı heç nə vəd etmir.

Plaxotnyukun nəzarətində olan kanallar isə Kremlin Kişinyovda “rəngli inqilab” hazırladığını bəyan edirlər. Onlar üçün etiraz aksiyalarının Moskvadan təşkil olunması görüntüsü yaradılması çox vacibdir.

Avropa İttifaqı və ABŞ, digər Qərb ölkələri də Moldovadakı hadisələrlə bağlı çətin vəziyyətdə qalıblar. Bir tərəfdən növbdənkənar parlament seçkilərində 6 illik Avropaya inteqrasiya tərəfdarı olan siyasi partiyalar koalisiyasının uduzması ehtimalı var. Digər tərəfdən, bu koalisiyanın təşkil etdiyi hökumətlər xalq dəstəyini ala bilmir. Bu baxımdan, onlar yaxın perspektivdə Moldovaya münasibətdə ciddi qərarlar verməli olacaqlar. Hələlik ki, yeni hökuməti dəstəkləmək meyli nəzərdən qaçmır. ABŞ və Brüssel hazırlıq görmədən risk etmək istəmilər.

 Strateq.az