XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2016 - 09:44

Lavrov “Madrid prinsipləri”ni “vurdu: [color=red]“Həmin sənədlər münaqişənin həllinə heç bir təsir göstərməyib”

Lavrov_22.jpg

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Lavrovun və ya digər şəxsin hazırladığı sənəd mövcud deyil”.

Bunu Moskvada keçirdiyi mətbuat konfransında Rusiya xarici işlər naziri  Sergey Lavrov bldirib.

Qarabağ nizamlanması ilə bağlı həmsədrlərin müxtəlif vaxtlarda hazırladıqları sənədlərin olduğunu deyən nazir onların danışıqlar prosesində mövcud olan yeganə sənədlər olduğunu bildirib. apa.az

“Bu sənədlərdən başqa sənəd mövcud deyil. Həmin sənədlər ATƏTə göndərilib. Həmin sənədlər münaqişənin həllinə heç bir təsir göstərməyib. Heç bir sənəd münaqişə ilə bağlı bütün nüanslarının həllini özündə əks etdirmir. Rusiya tərəflərə münaqişənin sülh yolu ilə həllini tapmaq üçün kömək etməyə çalışır. Bu münaqişədə vacib prinsip "ya hər şey, ya heç nə"dir. Tərəflər münaqişənin nizamlanması yollarının axtarışını davam etdirirlər. Biz tərəflərlə birlikdə yeni ideyalar axtarırıq", – deyə o vurğulayıb.