XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

26 Yanvar 2016 - 11:19

Daha iki bank bağlandı -[color=red] Mərkəzi Bankdan qərar
merkezi_bank_0001.jpg
 

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli, 06/1 və 06/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Yunayted Kredit Bank” ASC və "NBCBank” ASC-nin bank lisenziyaları ləğv edilib.

Strateq.az Mərkəzi Banka istinadən xəbər verir ki,  "Banklar haqqında” qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq, 26.01.2016-cı il tarixdən banklara müvəqqəti inzibatçı təyin olunub.

Mərkəzi Bankı bildirir ki, "NBCBank” ASC və "Yunayted Kredit Bank” ASC-də Əmanətlərin Siğortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.