Fransa prezidenti Fransua Olland 28 yanvarda Fransa erməni təşkilatları Koordinasiya Şurasının iclasında Dağlıq Qarabağ ermənilərinin vəziyyətini müzakirə edəcək.
Strateq.az bildirir ki, bu barədə Fransa prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Fransa prezidenti Şuranın l’Hôtel du Collectionneur otelində keçirləcək illik şam yeməyi toplantısına qatılacaq. Bu mərasim Fransa prezidentinin dəstəyi ilə keçirləcək.
Şam yeməyi toplantısında qondarma “soyqırım”, bunu inkar edənlərə qarşı mübarizə və Yaxın Şərq ermənilərinin də probleməri müzakirə olunacaq.