XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2016 - 13:02

Dövlət 500 milyon [color=red] dollarlıq istiqraz buraxır

manat.jpg

"Marja" xəbər verir ki, Maliyyə Nazirliyi 300 milyon dollarlıq qısamüddətli, 200 milyon dollarlıq ortamüddətli istiqraz buraxır.

Qısamüddətli istiqrazların hər birinin nominal dəyəri 100 dollar, sayı isə 3 milyon ədəd, ortamüddətli istiqrazların hər birinin nominal dəyəri 100 dollar, sayı isə 2 milyon ədəddir.

26 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 ABŞ Dolları olan 3 000 000 ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti 47S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.  

26 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 ABŞ Dolları olan 2 000 000 ədəd dövlət ortamüddətli istiqrazlarının emissiya prospekti 48S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.  

Qeyd edək ki, bir neçə gün öncə Maliyyə naziri Samir Şərifov dövlət büdcəsinin kəsrini örtmək üçün istiqraz buraxılacağını, dollar istiqrazlarına 3%, Manat istiqrazlarına isə 10-12%-dən yuxarı  gəlir təklif edəcəklərini bildirmişdi.