XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2016 - 14:54

Elman Rüstəmov: [color=red] “Azərbaycan postneft dövrünə daxil olub”

elman-ruste.jpg

“Azərbaycan postneft dövrünə daxil olub”. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bu haqda “2014-2018-ci illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın reallaşdırılması çərçivəsində keçirilən konfransdakı çıxışında söyləyib.

“Bizim əsas gəlirlərimiz dəyəri 4 dəfə azalan nerftdən gəlirdi. Faktiki olaraq bu gün ölkədə postneft dövrü başlayıb”, – deyə E.Rüstəmov bildirib.

Onun sözlərinə görə, Türkiyə və Gürcüstan siyasi və iqtisadi baxımdan enerji daşıyıcılarının qiymətindən asılıdır.

Azərbaycanın neftdən asılı olmadığını deyən E.Rüstəmov ölkənin təhlükəsizliyini təmin edən neft siyasətinin olmasını vacb sayıb.

“Neft sektorunda 80 min nəfər adam çalışır. Azərbaycanda 4,8 milyon nəfər əmək qabiliyyətli adam var. Bu gün biz büdcəni qeyri-neft sektorundan gələn daxilolmalarla doldurmalıyıq. Faktiki olaraq 30-40 il sonraya nəzərdə tutulan postneft erası 25 il əvvəl başladı. Biz inkişaf dinamikası götürüməliyik ki, geriyə yol olmasın”, deyə MB rəhbəri bildirib.

contact.az