XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 January 2016 - 12:47

Rusiyanın keçmiş baş naziri: [color=red]“Putin Ukraynadan çıxmasa Rusiya xaosa düşəcək”

kasyanov.jpg

Əgər bütün il ərzində neftin qiyməti 30 dollar civarında qalacaqsa, Putin sanksiyaların götürülməsi üçün Donbassdan əl çəkməyə məcbur olacaq”.

Strateq.az bildirir ki, bu barədə Rusiya müxalifəçi PARNAS partiyasının sədri, keçmiş Baş nazir Mixali Kasyanov “Exo Moskvı” radiosuna açıqlamasında bildirib.

Eks baş nazirin sözlərinə görə, Qərbin sanksiyalarının götürülməsi üçün Minsk sazişinə əməl olunması tələb olunur. Bu sazişə görə isə Ukraynanın şərq sərhdələri Kiyevin tabeliyinə verilməlidir.

Müxalifət lideri bildirib ki, Putin bunu eləməsə, o zaman ölkədə vəziyyət sürətlə pisləşəcək. Büdcə kəsiri 25 faizə çatacaq.

“Belə şəraitdə isə nəinki pensiya və əmək haqlarını qaldırmaq, heç onların hazırkı məbləğdə ödənilməsi də mümkün olmayacaq. O zaman pul çap edən maşını işə salmalı olacaqlar. Bu isə hiperinflyasiyaya aparacaq. Ölkə xaosa doğru sürüklənəcək”.

Kasyanovun fikrincə, daxili sosial-iqtisadi və siyasi vəziyyət birbaşa Ukrayna ilə bağlıdır.  “Putin qrupunun belə avantürası nəticəsində “Ukrayna kartı” kozıra çevrilib. Amma bu kart Rusiyanın əlində deyil”- deyə Kasyanov vurğulayıb.

X. SƏFƏRLİ