XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2016 - 16:29

Daha hansı [color=red] banklar bağlana bilər?

bank-esas.jpg

Azərbaycan Mərkəzi Bankı kiçik bankların bir-bir lisenziyalarını ləğv edir.

Mərkəzi Bank indiyə kimi, “Bank of Azerbaijan”, “Gəncə Bank”, “NBC Bank” və “Yunayted Kredit Bank” “AtraBank” və “Qafqaz İnkişaf Bankı”nın lisenziyalarını ləğv edib.

Lisenziyalarının ləğv edilməsi banklar üçün gözlənilməzdir. Məsələn, bu gün səhər “AtraBank “Cash İn” xidmətini aktiv etdiyi barədə məlumat yaymışdı. "NBCbank" da lisenziyanın ləğv olunması qərarının onlar üçün gözlənilməz olduğunu bildirmişdi.

Ekspertlər hesab edirlər ki, indiyə kimi banklara birləşmələri barədə dəfələrlə çağırış edilmişdi. Lakin kommersiya bankları “birləşin” tövsiyəsinə əməl etmədilər.

"Marja"nın proqnozuna görə, Azərbaycanda hələ lisenziyası ləğv oluna və ya birləşə biləcək ən azı 5 bank var:

  1. Bank Avrasiya
  2. Kredo Bank
  3. Günay Bank
  4. Deka Bank
  5. Zamin Bank

Əlavə edək ki, Dəmir Bank və AG Bank birləşmək barədə ilkin protokol imzalayıblar.

Qeyd edək ki, Mərkəzi Bank kommersiya banklarının lisenziyalarını "məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə" ləğv edir. Qeyd edək ki, yuxarıda adı çəkilən bankların əksəriyyəti qanunvericiliyin tələblərinə məhəl qoymayaraq öz saytlarında maliyyə vəziyyətləri barədə məlumatları açıqlamırlar.