XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 January 2016 - 19:33

20 ildir sahibini gözləyən “Şah İsmayıl” ordeni: [color=red]Azərbaycanda bu nişan heç kimə verilməyib

sah ismail.jpg

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 64-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 64-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə belə qərar verilib.

Bəs “Şah İsmayıl” ordeni barədə nə bilirik?

Maraqlıdır ki, Azərbaycanın ali ordenlərindən biri uzun illərdir ki, heç bir təltif siyahısında yer almır.

Ölkənin ali hərbi ordeni statusunda olan “Şah İsmayıl” ordeni ilə indiyə qədər kim təltif olunmayıb.

“Şah İsmayıl” ordeni 1993-cü ildə prezident Əbülfəz Elçibəyin fərmanı ilə təsis edilib. 1993-cü il dekabrın 6-da Milli Məclis “Şah İsmayıl” ordeninin statusunu və təsvirini təsdiq edib. Orden özünün statusuna görə çox yüksəkdir. Azərbaycanın ali hərbi ordeni olan “Şah İsmayıl” ordeni ilə Silahlı Qüvvələrin ali zabitləri, hərbi hissələrin və birləşmələrinin komandirləri təltif edilməlidir.

Orden ordunun təşkilində və möhkəmləndiriməsində xüsusi sidmətlərinə görə, görkəmli sərkərdəlik fəaliyyətinə görə, fövqaladə halların nəticələrini aradan qaldırmasında xüsusi xidmətlərinə görə verilir. “Şah İsmayıl” ordeninin taxılma statusu onun ali mükafat olduğnu bir daha subut edir. Belə ki, Milli Məclisin təsdiqlədiyi “Ordenlərin taxılması qaydaları haqqında” sənədə görə, “Şah İsmayıl” ordeni “İstiqlal” ordenindən sonra taxılır. Bu, “Heydər Əliyev” ordenindən sonra 3-cü ordendir. 

“Şah ismayıl” ordeni düzgün səkkizgüşəli ulduz şəklindədir və gümüşdəndir. Ulduzun mərkəzində üzü qızıl suyuna salınmış lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilib. Arxa tərəfdə “Şah İsmayıl” yazılıb. Ondan aşağıda ordenin nömrəsi həkk edilib.

Azərbaycan hökmdarı olan Şah İsmayıl Səfəvilər dövlətinin banisi və ilk şahı olub. Azərbaycan türkcəsi tarixdə ilk dəfə dövlət dili kimi Şah İsmayıl Xətai zamanında istifadə olunub.

Xaqani SƏFƏROĞLU