XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2016 - 19:51

Baş nazir “təmizə çıxdı”[color=red] – 680 milyon dollar hədiyyə imiş

Malayziya Baş naziri Nəcib Razıkın üzərindən korrupsiya ittihamı götürülüb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Baş nazirin hesabına köçürülən 681 milyon dollarlıq sirli vəsaitin Səudiyyə Ərəbistanından – kral ailəsindən hədiyyə olduğu açıqlanıb. Və bununla da cinayət işinə xitam verilib. 

Malayziya Baş prokuroru Məhəmməd Apandi bildirib ki, bu qədər vəsaitin baş nazirə niyə hədiyyə edildiyini bilmirlər. Amma hesab edirlər ki, bu, Nəcib Razıkla kral ailəsi arasında olan məsələdir. 

Prokurorun sözlərinə görə, pulun 620 milyonu geri qaytarılıb. Qalan 61 milyonun isə aqibəti məlum deyil. 

Ölkə müxalifəti qərara etiraz edib. Razıkın bu puldan 2013 seçkilərində qələbə qazanmaq, həm də şəxsi xərcləri üçün istifadə etdiyini deyən müxalifət bildirir ki, iş üzrə prokurorun dəyişməsi ciddi şübhələr yaradır.

Müxalifət hesab edir ki, işi araşıdıran prokuroru dəyişməklə məhkəməyə təzyiq göstərilib.