XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

08 May 2015 - 13:00

Azərbaycan İnterpol xətti ilə 18 əcnəbi vətəndaşı axtarır- ADLAR

interpol01.jpg

arslan ismayil.jpgbilgili burak.jpgyuce mete.jpg

doqan.jpgremi.jpgmohammad.jpg

Azərbaycan hüquq –mühafizə orqanları 18 əcnəbi ölkə vətəndaşını İnterpol xətti ilə axtarışa verib.

Strateq.az bildirir ki, bu barədə beynəlxalq qurumun rəsmi hesabatında qeyd olunur.

Bu şəxslərin əksəriyyətinə qarşı vergidən yayınma ilə bağlı ittihamlar irəli sürülüb. Bir neçə şəxs isə narkotiklərin qanunsuz dövriyyəsində, qətl və dövlət sərhəddini qeyri-qanuni keçməkdə günahlandırılır.

Bu şəxslərin 13 nəfəri Türkiyə, 3-ü İran, 1-I Əfqanıstan və 1 nəfəri Fransa Respublikasının vətəndaşıdır.

Türkiyə vətəndaşları olan 69 yaşlı Oğuz Fahri Alirza, 62 yaşlı Yuce Mete, 52 yaşlı Mehmet Ali Abdulla Bahar, 37 yaşlı İbrahim Gurju, 38 yaşlı Cüneyit Harman, 48 yaşlı Turgay Ərdoğan, 50 yaşlı Rami Doğan, 50 yaşlı İsmayıl Arslan, 57 yaşlı Haydar Demirel, 52 yaşlı Hamdi Murat vergidən yayınmaqda ittiham olunur.

Bundan başqa 59 yaşlı Müzəffər Kuşdil fırıldaq və dələduzluqda, Burak Bilgili qeyri-qanuni biznesin təşkili, 30 yaşlı Beytulla Sinan Aslan qeyir-qanuni sahibkarlıqla bağlı günahlandırılır.

Siyahıda Azərbaycanın axtardığı İran İslam Respublikasının 2 vətəndaşı da var. 50 yaşlı Əsgər Mahmudi kontrabandada, Şəhram İsmaili narkotiklərin qanunsuz dövriyyəsində, 55 yaşlı Cəmşid Əlizadə odlu silah, sursat, partlayıcı maddələri saxlama, qanunsuz satma, dövlət sərhəddini qeyri-qanuni keçmə maddələri ilə axtarışa verilib.

35 yaşlı Əfqanıstan vətəndaşı Muhammad Ayyubi isə xüsusi qəddarlıqla iki və daha artıq şəxsi öldürmə cəhdinə görə axtarılır. İnterpolun siyahısında bir avropalı da var: 54 yaşlı Fransa vətəndaşı Nanigu Fransouz Remi həmçinin Azərbaycanda vergidən yayınmada ittiham olunur.

X. SƏFƏROĞLU

alizade camsid.jpgaslan sinan.jpgerdoqan vergi.jpg

demirel haydar.jpgkushdil.jpgmetin mehmet.jpg

erdener.jpgmahmudi.jpg