XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Yanvar 2016 - 20:44

Rusiya Qazaxıstanı tamamilə tərk edir: [color=red] Səbəb pulsuzluqdur

Rusiya Qazaxıstandakı hərbi qüvvələrini geri çəkir.

Strateq.az xəbər verir ki, bunu Dumanın rəhbəri  Sergey Narişkin deyib. O, "RIA Novosti" agentliyinə açıqlamasında Rusiyanın Qazaxıstanda kirayəyə götürdüyü baza və hərbi təlim sahələrini bu ölkəyə qaytarmaq haqqında düşündüyünü etiraf edib.

Rusiyanın bu addımı atmasının səbəbi isə iqtisadi böhran nəticəsində yaranmış qənaət ehtiyacıdır. Hər halda spikerin sözlərindən belə çıxır. O deyib: "Rusiyanın Qazaxıstanla əldə etdiyi və dörd hissədən ibarət olan razılaşma ildə hərbi büdcəyə 4 milyon dollar qənaət gətirəcək"

Sergey Narişkin açıqlamasında qazaxlara qaytaracaqları hərbi bazaların bir çoxunun onsuz da istifadəsiz qaldığını söyləyib.

Rusiya Dövlət Dumasının Qazaxıstanla bağlanan müqaviləni bu gün təsdiqləməsi gözlənilir.

Qazaxıstanın Jambul və Karaganda bölgələrindəki hərbi təlim məntəqələri ötən əsrin 90-cı illərində kirayə götürülmüşdü.

Rusiya boyda bir ölkənin ildə 4 milyon dollar qənaət etməyi düşünəcək qədər zəiflədiyi inandırıcı deyil. Görünür, bu addımın açıqlanmayan tamam başqa səbəbləri də var.