XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 January 2016 - 10:54

Son 7 ilin ən agır yanvarı[color=red] – 8 trilyon dollar itirildi

2016-cı ilin yanvarı dünya birjaları üçün son 7 ilin ən ağır ayı olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Bloomberg» nəşri məlumat yayıb.

Bu ay ərzində 40 ölkədə «MSCI All Country World Index»in göstəricilərində sürətli eniş olub. 
Avropadakı fond birjaları 6 faiz, Yaponiyanın «Topix» birjası 7 faiz geriləyib.  

Lakin qeyd olunur ki, son günlər neft qiymətlərindəki yüksəlmələr sərmayəçilərdə nikibinlik yaratmağa başlayıb. Eyni zamanda pul-kredit siyasətində də yumşalma hiss olunub.

«Bank of America Merrill Lynch»ın hesablamalarına görə, yanvar ayında fond birjaları 8 trilyon dollar itirib.