XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2016 - 12:05

Ankara məbləği artırdı[color=red] – 5 milyard tələb edir

Türkiyə ölkəsinə sığınan suriyalı qaçqınlara görə Avropa Birliyindən (AB) ayrılan yardımın artırılmasını tələb edir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ankara yardımın 5 milyard avroya qaldırılmasını istəyir.

Avropa Birliyinin yüksək rütbəli diplomatı «Die Welt»ə bildirib ki, Ankara 5 milyard istəyir, onların isə cəmi 3 milyard ayırmağa imkanı var. Diplomat onu da qeyd edib ki, Ankara yardımın mərhələlərlə, özü də ciddi yoxlama prosesindən sonra ayrılması fikri ilə razılaşmaq istəmir.  

Qeyd edək ki, AB bu məbləği həm də Avropaya miqrant axınının qarşısını almaq üçün ödəyir. 
Bu vəsait üzrə xərclərə qaçqınların saxlanılması ilə yanaşı, onlara məktəblərin tikilməsi də daxildir. 

BMT-nin hesablamalarına görə, təkcə bu ay Türkiyədən Yunanıstana 53 800 miqrant keçib.