XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2016 - 13:32

Maliyyə Nazirliyi “Standard & Poors” [color=red] beynəlxalq reytinq agentliyi ilə razılaşmır
Standart.jpg
Azərbaycan Maliyyə Nazirliyi “Standard & Poors” beynəlxalq reytinq agentliyinin dərc etdiyi hesabatda bir sıra qeyri-dəqiqlikləri qeyd edərək qiymətləndirmənin nəticələri ilə razılaşmadığını və bundan təəssüfləndiyini bəyan edib. 
 
Bu barədə Maliyyə Nazirliyinin yaydığı press-relizdə məlumat verilib.
 
Nazirlik Agentliyin Azərbaycanın reytinqini bərpa edəcəyinə ümid etdiyini açıqlayıb: "Yanvarın 29-da "Standard & Poor’s" agentliyi Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqini bir pillə aşağı endirib. Bundan əvvəl 2015-ci il 31 dekabr tarixində Agentlik tərəfindən Azərbaycanın beynəlxalq kredit reytinqi investisiya “BBB-” səviyyəsində təsdiq edilib, proqnoz isə “mənfi” saxlanıb. Agentliyin yaydığı son hesabatında reytinqin bir pillə endirilməsinə əsas səbəb kimi neftin ucuzlaşması, bunun ölkədəki iqtisadi artıma və makroiqtisadi sabitliyə təsiri göstərilir. Bununla yanaşı, Maliyyə Nazirliyi ümidvar olduğunu bildirir ki, neft və neft məhsullarının qiymətlərinin azalması fonunda dərhal ölkənin kredit reytinqini aşağı endirən “Standard & Poors” agentliyi xammal məhsullarının qiymətlərinin artacağı təqdirdə də eyni operativliyi göstərərək ölkənin investisiya səviyyəli reytinqini bərpa edəcək".
 
musavat.com