XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2016 - 17:04

Baş bankir Mərkəzi Bankın [color=red] 2016-cı ildəki hədəflərini açıqladı

elman-ruste.jpg

Bu gün Mərkəzi Bankın İdarə Heyətinin 2015-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib. Strateq.az Mərkəzi Bankın məlumatına istinadla xəbər verir ki,  Mərkəzi Bank İdarə heyətinin sədrElman Rüstəmov iclasa yekununda  2016-cı il üçün  Bankın qarşısında duran başlıca vəzifələrə diqqəti çəkib. Bildirib ki, Prezident İlham Əliyevin qeyd etdiyi “Yeni dövr yeni yanaşmalar tələb edir” ideyasına uyğun olaraq orta müddətli dövrdə milli iqtisadiyyatın yenidən balanslaşdırılması, özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə keçidin sürətlənməsi və bu əsasda daha dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın təmin edilməsi iqtisadi siyasətin qarşısında duran strateji çağırışdır. Bu çağırışa uyğun olaraq milli iqtisadiyyatın yeni makroiqtisadi dayanıqlıq müstəvisinə keçirilməsi, bu əsasda iqtisadi siyasətin bütün istiqamətlərinin daha effektiv sinxronlaşdırılması vasitəsilə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Mərkəzi Bank hökumətlə birlikdə kompleks tədbirlər həyata keçirəcək.

2016-cı ildə Mərkəzi Bank pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən siyasət həyata keçirəcək. Məzənnə siyasəti yeni rejimin tələblərinə uyğun olaraq məzənnədə kəskin tərəddüdlərin hamarlanmasına yönələcək. Eyni zamanda hökumətlə birlikdə valyuta bazarının tarazlaşırılmasına yönəlmiş əlavə tədbirlərin də görülməsi nəzərdə tutulur.

Bank sektorunda maliyyə sabitliyinin qorunması da mühüm hədəflərdən biridir. Banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank sektorunun maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər davam etdiriləcəkdir. Maliyyə infrastrukturunun inkişafı, nağdsız hesablaşmaların və elektron ödəniş sistemlərinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.

2016-cı ildə Mərkəzi Bank dəyişkən iqtisadi mühitdə bankların risklərə qarşı dayanıqlığının yüksəldilməsi istiqamətində səylərini artıracaqdır. Stress-testlər əsasında Mərkəzi Bank müxtəlif iqtisadi şoklara qarşı bank sektorunun vəziyyətini preventiv qaydada simulyasiya etməklə maliyyə sabitliyini qorumaq və effektiv idarə etmək üçün zəruri hallarda sektora müvafiq intervensiyaların həyata keçirilməsini diqqət mərkəzində saxlayacaqdır. İqtisadi artımın dəstəklənməsində bank-maliyyə sektorunun rolunun gücləndirilməsi, iqtisadi subyektlərin kreditə çıxış imkanlarının daha da genişləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.

Nağdsız ödənişlərin inkişafı, elektron ödəniş xidmətlərinin və innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsi növbəti ildə də Mərkəzi Bankın fəaliyyətinin prioritet istiqamətlərindən olacaqdır.

Çıxışının sonunda E.Rüstəmov yeni çağırışlardan irəli gələn vəzifələrin uğurla icrasında Mərkəzi Bankda insan kapitalının, tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafının vacib rol oynayacağını bildirib.

Strateq.az