XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 May 2015 - 07:12

Siyasi sığınacaq almaq istəyən rəis Əlvan Ağayevin bacısı oğlu çıxdı (ÖZƏL)

elchin-650x250.jpg

Bu günlərdə Ədliyyə Nazirliyinin tabeçiliyində olan Penitensiar Xidmətdə yüksək vəzifə daşmış bir nəfərin Avropada siyası sığınacaq alması ilə bağlı yayılan xəbər böyük rezonans yaradıb. Sosial şəbəkələrdə aparılan müzakirələrdən məlum oldu ki, Almaniyaya pənah aparan Elçin Əkbərov adlı şəxs Azərbaycanda 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin rəisi işləyib.

Strateq.az mövzunun aktuallığını nəzərə alaraq, Elçin Əkbərov barəsində araşdırma aparıb. Məlum olub ki, Elçin Əkbərovun Almaniyada yerləşməsinə Mehdi Xəlilbəyli adında siyasi mühacir köməklik edib. Qeyd edək ki, Mehdi Xəlilbəylinin barəsində Azərbaycan hüquq – mühafizə orqanları tərəfindən axtarış elan edilib. O, 2003-cü ildə Müsavat Partiyasının qərargahı qarşısında “Lider” telekanalının jurnalisti Sahil Kərimlinin döyülməsində təqsirli bilinir.

Strateq.az-ın araşdırması nəticəsində məlum olub ki, Mehdi Xəlilbəyli ilə hazırda siyasi sığınacaq alan Elçin Əkbərovun arasında yaxın dostluq münasibəti olub. Onların hər ikisi həm də həmyerlidirlər – əslən Şərur rayonundandırlar.

Maraqlıdır ki, Elçin Əkbərovun Azərbaycanda işləri pis getməyib. Onun mənsub olduğu ailənin hazırkı hakimiyyətlə heç bir kəsişən marağı da olmayıb. Əslən Şərur rayonunun Yuxarı Daşarx kəndindən olan Elçinin anası Nigar xanım fəal YAP-çılardan sayılır. Mühacirin anası uzun müddət Şərur rayonunun Təhsil Şöbəsinə rəhbərlik edib. Onun Mahir Əkbərov adlı qardaşı isə hazırda polis orqanlarında rəhbər vəzifədə çalışır. Bizə məlumat verən mənbənin sözlərinə görə, paytaxtda böyük biznes obyektləri olan Elçin Əkbərovun mühacirətə getməsinin kökündə qətiyyən siyasi maraqlar durmur: “Hakimiyyət tərəfindən sıxışdırlan adamın belə var-dövləti olar? Axtarışda olan zaman Mehdi Xəlilbəylinin ölkədən çıxarılmasında o vaxt Elçinin böyük rolu olub. Onların münasibətləri sonra da davam edirdi. Əsasən də bahalı avtomobillərin Almaniyadan ölkəyə gətirilib satılması sahəsində müştərək biznesləri olub. İndi Elçin Əkbərovun, guya, general Mədət Quliyevlə ziddiyətinin olması səbəbindən ölkəni tərk etməsi inandırıcı görünmür. Elçinin Almaniyada məskunlaşmasına da məhz Mehdi kömək edib”.

Strateq.az-a məlum olub ki, Elçin Əkbərovun hakimiyyət daxilində böyük himəyadarları da olub. Hətta o səviyyədə ki, sabiq rəis 90-cı illərdə həmin dövrün məşhur “Laləndə” restoranında münaqişə zəmnində öz tabel silahı ilə iki nəfəri güləlləyərək ağır yaralasa da, sabiq rəis nəinki məsuliyyətə cəlb edilməyib, hətta həmin hadisədən sonra onun karyerasında yüksəliş baş verib.

Strateq.az onu da müəyyənləşdirib ki, Elçin Əkbərovun əslən Şərur rayonundan olan Ali Məhkəmənin sabiq rəhbəri Südabə Həsənovanın yaxın qohumu olması xəbəri də doğru deyil. Mənbəmizin dediyinə görə, Elçinin karyerasındakı yüksəliş Südabə Həsənovanın tabeçiliyindəki qurumlarda çalışdığı dövrə təsadüf etsə də, onlar arasında qan qohumluğu yoxdur: ” Belə xəbərlər yayılır, ancaq bütün şərurlular bilir ki, onlar qohum deyil. Ancaq Elçinin hazırda yüksək vəzifə tutanların arasında qohumları az deyil. Məsələn, Elçin Əkbərov “Azərkitab”-ın sabiq rəhbəri Əlvan Ağayevin doğmaca bacıoğlusudur”.

Strateq.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, mühacir “rəisin” dayısı olan Ağayev Əlvan Həsən oğlu hazırda Milli Televiziya və Radio Şurasında mühim vəzifədə çalışır.

Qeyd edək ki, Elçin Əkbərovun hakimiyyətdəki qohumluq zənciri yalnız Əlvan Ağayevlə məhdudlaşmır…

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Strateq.az