Çində 1368-1398 illər arasında hökm sürən imperator Hong Wunun (Zhu Yuanzhang) Məhəmməd peyğəmbərə mədhiyyə yazdığı ortaya çıxıb.
Strateq.az xəbər verir ki, Hong Vu, Yuan xanədanına qalib gələrək, ölkəni ələ keçirən Ming sülaləsinin ilk hökmdarıdır. Hong Vunun ordusunda, aralarında Çang Yuçun, Lan Yu, Ding Deksing, Mu Ying, Feng Şeng və Hu kimi məşhur generalların da olduğu 10 müsəlman komandir varıymış.
İmperator Hong Vunun öz hakimiyyəti dövründə çox sayda məscid tikdirdiyi, Nanjing şəhərindəki yıxılmış Jinjue məscidini yenidən bərpa etdirərək çox sayda Hui müsəlmanının bu şəhərə köçürülməsini təmin etdiyi bildirilir. İmperatorun yoldaşı şahzadə Manın da sonradan müsəlman olan bir ailədən gəldiyi tarixi iddialar arasındadır.
İmperatorun həmin şeiri hər birində dörd söz olan 24 misradan (yəni 6 bəndən) meydana gəlib.
Şeirin İngilis dilindən tərcüməsi belədir:
Kainatın yaradılışından bu yana
Allah öz elçisini seçməyi qərarlaşdırmışdı.
Bu böyük, imanlı adam
Qərb diyarlarında dünyaya gəldi.
O, müqəddəs kitabı gətirdi
Həmin kitab otuz parça idi.
O, bütün aləmlərin rəhbəri,
Bütün idarəçilərin əmiri oldu.
Hər müqəddəsin başçısıdır – o,
Dəstək alaraq mümtaz insanlardan,
Ümmətini salamatçılıq yoluna yönəltdi,
Beş vaxt qılınan namaz ilə.
Sükunət, ümid və sülhpərvərliyilə
Allaha söykənirdi bütün ürəyiylə.
Kasıblar üçün ümid oldu,
Onları fəlakətlərdən, çətinliklərdən qurtardı.
Qaranlığın üzərlərinə çökdüyünü görüncə,
Ruhları və aləmləri işıqlandırdı.
Uzaqda qaldı bütün günahlar
Sözlər ona təşəkkür etməyə yetməz.
Müqəddəs yolu göstərərək bizə,
Bütün şeytanları məğlub etdi.
Onun dini saf və haqqdır
Məhəmməd əsilzadə və böyükdür!