XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2016 - 21:45

Suriyalı diplomat: [color=red] “Kürd separatçıları getsin, “Panadol” atsın”

Suriyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) daimi nümayəndəsi səfir Bəşər əl-Cəfəri Rojavada (Suriyanın şimalında) federalizmin bir xəyal olduğunu bildirərək, maraqlı təklifdə bulunub: “Suriyanı bölmək istəyənlər getsin, "Panadol" (qızıdırmasalan dərman) atsın və bu xəyaldan xilas olsunlar”

Strateq.az xəbər verir ki, Cenevrə – 3 Konfransına qatılan Suriya hökuməti nümayəndə heyətinin başçısı Bəşər əl Cəfəri, Suriyanın ərazi bütövlüyünün qorunması şərtiylə dialoqlara qatıldıqlarını da ifadə edib.

Şimali İraq kürd muxtariyyatına aid mətbuat orqanı olan “Rudaw”-ın müxbirinin bir sualını cavablandıran Bəşər Əl Cəfəri həmçinin deyib:  

"Suriyanın suverenliyinin və müstəqilliyinin qorunması təməl şərtlərimizdəndir. Bu, çox açıqdır. Bunlar eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Suriya haqqındakı 13-ci maddəsində yer alır ".

Öz dövlətinin torpaq bütünlüyündən güzəştə getmək istəməyən rəsmi Dəməşqin bu məsələdə mövqeyi Türkiyənin milli maraqlarıyla tamamilə üst-üstə düşür. Bu səbəbdən də Cenevrə danışıqlarında Suriyadakı mövcud rejimi təmsil edən diplomatın bu fikirlərini oxuyandan sonra adam rəsmi Ankaranın  Bəşər Əsədə qarşı yürütdüyü siyasəti anlamaqda çətinlik çəkir.