XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

01 Fevral 2016 - 06:29

Dünyanın 1 nömrəli restoranının sahibi [color=red]ölü tapıldı

Dünyanın bir nömrəli restoranı hesab olunan «l'Hotel de Ville»in sahibi Benua Viole yaşadığı evdə ölü tapılıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, əslən fransız olan 44 yaşlı Violenin restoranı İsveçrənin Lozanna şəhərində yerləşir. Və ötən il dünyanın 1000 ən yaxşı restoranı siyahısında birinci yeri tutub.  

İsveçrə polisinin məlumatına görə, ilkin versiya Violenin intihar etməsidir.

Maraqlıdır ki, 6 ay əvvəl bu restoranın baş aşpazı Filip Roşa da dünyasını dəyişmişdi. Roşanın velisoped gəzintisi zamanı qəfildən halının pisləşdiyi bildirilmişdi.

Benua Viole 2012-ci ildə İsveçrədən vətəndaşlıq alıb və elə həmin il restorana rəhbərlik etməyə başlayıb.

İsveçrənin tanınmış aşpazlarından Fredi Jiqarde Violenin ölümündən sarsıldığını bildirib:

«O parlaq insan idi. İstedadlı və olduqca işgüzardı. Həmçinin çox mərhəmətli və gözəl xüsusiyyətlərə sahib idi. İdeal insan təsiri bağışlayırdı. Onun ölümünə inanmaq olmur".