XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2016 - 06:32

Akademik Cəlal Əliyevin vəfat etməsi xəbəri təsdiqləndi – [color=red]Bu gecə saat 4-5 arası dünyasını dəyişib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvü, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru Cəlal Əlirza oğlu Əliyev dünyasını dəyişib.

AMEA-dan verilən məlumata görə, C.Əliyevlə vida mərasimi bu gün saat 14.00-da AMEA-nın əsas binasında olacaq. Artıq bununla bağlı binada hazırlıq işlərinə başlanılıb.

Strateq.az-a daxil olan məlumata görə, dünən axşam saatlarında akademiki yatırıldığı Mərkəzi Klinik Xəstəxanada bütün tibbi müdaxilələrə rəğmən, həyatda saxlamağın mümkün olmayacağı anlaşılıb və o, öz evinə aparılıb. Onun xəstəxanadan evə aparılması da artıq vəfat etdiyi xəbəri kimi qarşılanıb. Bəzi saytlar axşamüstü bunu tələsik "Cəlal Əliyev vəfat etdi" kimi yazsalar da, akademikin bu gecə saat 4-5 arasında evində dünyasını dəyişdiyi bildirilir.

Allah rəhmət eləsin!