XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Fevral 2016 - 06:36

Rusiyaya növbəti türk şapalağı: [color=red] Yük daşımaları tamamilə dayandırılır

Rusiya Beynəlxalq Quru yolu Yükdaşımaları Birliyinin (ASMAP) açıqlamasına görə, Türkiyə ruslara aid yük maşınlarının ölkəyə girişini qadağan edib.

Strateq.az xəbər verir ki, məlumatı Rusiyanın Nəqliyyat Nazirliyi də dolayısıyla təsdiqləyib. Nazirlik problemin həlli istiqamətində çalışmalara başladığını və qarşılıqlı icazələrin yenilənməsi üçün Türkiyəyə təkliflər verdiyini açıqlayıb.

Maraqlıdır ki, təyyarə böhranından sonra Rusiya da Türkiyəyə qarşı eyni  tədbiri həyata keçirir. Rusiya Nəqliyyat naziri Maksim Sokolov, 2015-ci ilin dekabrında Türkiyədən Rusiyaya gələn yük maşınlarının sayının 4 qat azaldılacağını və bunun nəqliyyat sektoru başda olmaqla, bir çox iş sahələrə mənfi təsir göstərəcəyini bildirmişdi.

Rusiya hökuməti həmin qərarında Türkiyəyə aid yük maşınlarına tətbiq olunan kvotanı aşağı salaraq, 2016 üçün yalnız 2 min ağırtonnajlı nəqliyyat vasitəsinin Rusiyaya girişinə icazə vermiş və bu icazənin gələn il ümumiyyətlə ləğv ediləcəyini açıqlamışdı. Halbuki Rusiya təyyarə böhranından əvvəl Türkiyədən gələn yük maşınlarına ildə 9 min kvota verirdi.

İki ölkənin bir-birinə qarşı tətbiq etdiyi bu qadağaların iqtisadi böhran keçirən və üzünə Avropa qapıları bağlanan Rusiyaya daha ağır zərər vuracağı güman olunur. Nədən ki, yüklərin transportunun dayandırılması bütün iqtisadi əlaqələrin kəsilməsi mənasına gəlir. Rusiya sənaye üçün indiki kritik anda belə bir mənfi perspektivin ortaya çıxması ciddi itkidir.

Xəbəri şərh edən Türkiyə rəsmilərindən biri bunu iki ölkə arasında bağlanan müqavilənin müddətinin bitməsiylə əlaqələndirib, lakin Ankaranın bu müqaviləni yeniləmək istəmədiyi barədə məlumatı təsdiqləməyib.