XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Fevral 2016 - 06:52

ABŞ-dan sanksiya zərbəsi [color=red]- “Maqnitski siyahısı” genişləndirildi

ABŞ Dövlət Departamenti «Maqnitski siyahısı»nı genişləndirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin rəsmi saytına yerləşdirilən siyahıya daha 5 nəfərin adı daxil edilib. Bunlar Rusiya vətəndaşları Yevgeniy Antonov, Boris Kibis, Pavel Lapşov, Oleq Urjumtsev və Sevastopoldan  Aleksey Aniçindir.

«Qara siyahıya» düşən şəxslərin iş yerləri və niyə cəzalandırıldıqları barədə məlumat verilmir.

Xatırladaq ki, «Maqnitski siyahısı" insan haqlarını pozan fərdi şəxslərə tətbiq edilir. 

Ötən ilin dekabrında ABŞ bu siyahının tək Rusiyaya yox, dünyanın bütün ölkələrinə şamil olunması barədə qərar qəbul edib.