XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2016 - 09:24

İordaniya nəşri: [color=red] “NATO laqeyd qalsa, ruslar Türkiyəyə qarşı ifrat tədbirlərə əl atacaqlar”

İ

Bəşər Əsədin təmsilçiləri və Suriya müxalifəti nümayəndə heyətinin “Cenevrə-3” danışıqlarına gələcəyinin gözlənildiyi bir vaxtda və danışıqların başlanmasından lap əvvəl Rusiya təyyarəsinin Türkiyənin hava məkanını pozması adi təsadüf ola bilməz. Türk raketinin Türkiyənin hava məkanını pozmuş və 17  saniyə ərzində orada olmuş Rusiya bombardmançısını vurduğu əvvəlki insident olmasaydı, öz şər əməlindən üz çevirməyə tələsən ruslara inanmaq mümkün deyildi. Bu o zaman Ankara-Moskva münasibətlərinin daha da pisləşməsinə səbəb oldu.

Maralqıdır, Rusiya öz təkidli fitnələri ilə nəyə nail olmaq istəyir? Axı sülhyaradıcı prosesin bütün iştirakçıları bu gün anlayırlar ki, onsuz da bu narahat bölgədə şəraitin gərginləşdirilməsindən çəkinmək lazımdır. Yalnız nisbi sakitlik təkcə Yaxın Şərqə yox, həm də bütün dünyaya böyük təhdid təşkil edən Suriya böhranı üzrə Cenevrə danışıqlarının müvəffəqiyyətinə səbəb ola bilər.  

Birincisi: güman etmək olar ki, ruslar bu qanqaraldıcı fitnəyə ona görə getdilər ki, indicə Cenevrəyə yollanacaq Suriya müxalifətinin təmsilçilərinə bu cür müttəfiqə güvənməmək eyhamı vururlar – ki onun əsas müttəfiqi Türkiyə, sadəcə, kağız pələngdir, müxalifət Rusiyanın hərbi müdaxiləsindən sonra bölgədə yaranmış güc balansını nəzərə almaqla bu məsələdə sərt davranmalıdır.

İkincisi, Rusiyanın indiki rəhbərliyi Sovet İttifaqından DTK oyunları və manevrlərindən, üsullarından savayı heç nə mənimsəməyib. Moskva öz hərəkətləri ilə Suriya müxalifətinə və onun ərəb tərəfdarlarına işarə vurur ki, amerikalılar nizamlamа prosesindən silinib, Con Kerri isə yalnız Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dediklərini translyasiya edir.

Üçüncüsü: ruslar NATO-nun reaksiyasını sınamaq istəyirlər – Rusiyanın vurulmuş bombardmançıya görə keçən dəfə Suriya-Türkiyə sərhədi yaxınlığında yerləşmiş əraziləri yaylım atəşinə tutduğunu müqayisə etməklə. Türkiyə alyansın təsisçi üzvü olduğu halda NATO tədricən Moskvaya güzəştə gedir. Həm də Ankara vaxtilə soyuq müharibədə Sovet İttifaqına qarşı “ön cəbhə” yaratmışdı.

Rusların istədikləri də elə budur. Axı onlar Suriyanın böhrandan çıxmaq prosesini uzatmasaydılar, vaxtında hərbi müdaxilə olmasaydı, Əsəd çamadanlarını yığışdırmalı olacaqdı. Hətta NATO Rusiyanın hərəkətlərini görməməyi davam etdirsə, Putinin Türkiyəyə münasibətdə ifrat tədbirlər görəcəyi istisna deyil. Lakin yetərincə gücünə baxmayaraq, Türkiyə qərbli müttəfiqlərinin dəstəyi olmadan, ola bilsin, fövqəldövlət yox, lakin güclü ölkə kimi qəbul edilməsi lazım gələn Rusiyaya qarşı təkcə dura bilməz.

 

Saleh Əl-Kulab

Əl-Rai (İordaniya), 02.02.2016