XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2016 - 10:22

Kadırov:[color=red] “Amerikanın zəncirli köpəkləri…” (VİDEO)

Çeçenistan prezidenti Ramzan Kadırov «Instagram» sosial şəbəkəsini və ABŞ hökumətini ittiham edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Kadırov «İnstagram» hesabından Rusiya müxalifətinin təmsilçiləri Mixail Kasyanov və Vladimir Kara-Murza ilə bağlı paylaşdığı fikirlərin silinməsinə sərt şəkildə etiraz edib.

Kadırov onların hər ikisini ABŞ-ın zəncirli köpəyi adlandırıb: «Mən həmişə dürüst və açıq şəkildə öz fikrimi ifadə edirəm. ABŞ-ın zəncirli köpəkləri barədə bir-iki söz dedim, dərhal «İnstagram»dan sildilər. Bu da ABŞ-ın tərifli söz azadlığı yanaşması. Hər şey yaza bilərsən, bircə ABŞ-ın itlərinə, Departamentin və Konqresin dostlarına toxunma».

BBC-nin məlumatına görə, çeçen lider «Instagram» səhifəsində müxalifətçi Mixail Kasyanovun əks olunduğu videoçarx yerləşdirib. Videoda Kasyanov snayper tüfənginin nişangahına salınıb. Kadrların altında isə bu sözlər yazılıb: "Kasyanov Strasburqa Rusiya müxalifəti üçün pul yığmağa yollanıb, anlamayan anlayacaq".

Parnas partiyasında Kasyanovun həmkarı İlya Yaşin, dərc olunmuş videonun birbaşa ölüm təhdidi olduğunu bəyan edib.

Prezident Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremldə Çeçenistan başçısı Ramzan Kadırovun "Instagram"ı izlənilmir və məlum videonu şərh etmək istəmirlər: "Açığını desək, biz ümumiyyətlə "Instagram"ı izləmirik, o cümlədən, Kadırovun "Instagram"ını".