XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2016 - 10:42

İran rəsmisi Rusiya qarşısında “sədaqət andı içdi”: [color=red] “Qərbə deyil, Şərqə meylliliyik”

 

Dini rəhbərin (Xameneyi nəzərdə tutulur) Şərqə baxış strategiyasına sadiq qalacağıq”

Strateq.az xəbər verir ki, bu vədi Ayətullah Əli Xameneyinin baş müşaviri Əli Əkbər Vəlayəti verib.

Vəlayəti Rusiyanın paytaxtı Moskvada keçirdiyi mətbuat konfransında səfər zamanı ən yüksək səviyyəli rus yetkililərlə görüşəcəyini də gizlətməyib.

Rusiya Strateji Araşdırma İnstitutu sədrinin dəvətiylə "Tehran və Moskvanın yeni geopolitik şərtlər daxilində əməkdaşlığı" adlı konfransda iştirak etmək üçün Rusiyaya gəldiyini bildirən Vəlayəti son günlər İran ilə Qərb arasında güclənən əlaqələrə baxmayaraq, Şərq ölkələriylə də bağları güclü tutulacaqlarını deyib.

İranın Rusiya ilə nüvə və müdafiə başda olmaqla, müxtəlif sahələrdə ikitərəfli əlaqələrini "unikal" olaraq qiymətləndirən Vəlayətinin fikrincə, "xüsusilə regional əməkdaşlığı inkişaf etdirməyin göstəricilərindən biri də İran, Rusiya, Suriya və İraq tərəfindən yaradılan koalisyondur".

Vəlayəti, iki ölkə arasındakı əlaqələrin strateji təməlləri olduğunu və hər gün daha çox inkişaf etdiyini vurğularaq, Rusiya dövlət başçısı Vladimir Putinin İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəklədiyini də xatırladıb.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani keçən həftə İtaliya və Fransanı əhatə edən Avropa turuna çıxmışdı. O, İtaliya və Fransada apardığı danışıqlarda milyard dollarlıq razılaşmalara imza atmış, ancaq bu razılaşmalar ölkədəki bəzi mühafizəkarlar tərəfindən tənqid olunmuşdu. Görünür, İran siyasi idarəetməsinin mühafizəkar qanadı yeni prezidentin Qərbmeylli mövqeyinin “köhnə dostlar” arasında şübhələrə yol aça biləcəyini düşündüyündən, Vəlayətinin diliylə Rusiya qarşısında “sədaqət andı içməyi” məsləhət bilib.

Heydər