XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2016 - 17:56

Prezidentin qəbul etdiyi məktubu [color=red] Baş nazir “oxumaq” istəmir

ADR Hərəkatı Prezident İlham Əliyevə, onun islahatlar üzrə köməkçisinə və Baş nazir Artur Rasizadəyə məktub təddim edib. Maraqlıdır ki, məktubu Prezident və onun köməkçisi qəbul etsə də, Baş nazir onun üzünə belə baxmaq istəməyib.

Bunu Strateq.az-a hərəkatın sədr müavini Ellada Məmmədli xəbər verib.

Ellada xanımın bildirdiyinə görə, Baş nazirin ögey münasibət bəslədiyi məktub Azərbaycanı iqtisadi böhrandan çıxarmaq üçün hazırlanan təkliflər paketi imiş: “02 fevral 2016-cı il tarixində Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının hazırladığı “İqtisadiyyatda Əsas və Təxirəsalınmaz Tədbirlər” paketi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə, Baş nazir Artur Rəsizadəyə və Prezidentin islahat məsələləri üzrə köməkçisinə təqdim olunub. Paket 31 yanvar 2016-cı il tarixində Azərbaycan Demokratiya və Rifah Hərəkatının Məclisinin 3-cü sessiyasında qəbul olunub”.

Baş nazirin ögey münasibətinin səbəbinə gəlincə, bu, sənədin altındakı imza ilə bağlıymış. “Baş nazir məktubu qəbul etməyib ki, sənədi niyə təşkilatın sədr müavini imzalayıb? Artur müəllimin adına yazılan məktublara təşkilatın rəhbəri qol çəkməliymiş”.

Hər kəs böhrandan çıxış yolu axtardığı bir məqamda ölkənin ən tanınmış iqtisadçılarından birinin rəhbərlik etdiyi təşkilatın məktubunun ağlasığmaz bir bəhanəylə “oxunmaması” hərəkatın sədr müavini üçün də anlaşılmazdır.

Ellada xanım sənədlərin ünvana şəxsən təqdim olunduğunu bildirib.