XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Fevral 2016 - 07:50

Türkiyə üçün kritik dönəm: [color=red] Rusiya ilə hər an savaş başlaya bilər – Təhlil

teyyare-999.jpeg

Qərb şərhçiləri Türkiyəninn Rusiya ilə müharibəyə başlamaq ehtimalının artdığını qeyd edirlər. Onların qeydləri ilk baxışdan şişirdilmiş görünə bilər. Rusiya hərbi təyyarəsinin keçən cümə Türkiyənin hava məkanını pozması daxil olmaqla son hadisələr göstərir ki, Rusiya ilə gərginik həqiqətən də təhlükəli forma alır.

Ola bilsin ki, Ankara bütün təhlükəli ssenariləri düzgün hesablamadı və bu dəfə Rusiya təyyarəsini vurmadı, lakin Rusiya səfirinə xəbərdarlıqla kifayətləndi. Bundan çıxış etməklə anlayırıq ki, indiki halda “güc tətbiq etmə qaydası” yumşaldılıb. Lakin prezident Ərdoğan və baş nazir Davudoğlu qeyd etdilər ki, yeni pozuntu baş verəcəyi halda Türkiyə gərəkən hər şeyi edəcək. HHQ bütün bölmələrini “narıncı təhlükə səviyyəsi”nə keçirdib, pilotlara isə “dərhal atəş açmaq” əmri verilib.

Bu arada Rusiya mətbuatından öyrənirik ki, Rusiya da əlini yanına salıb oturmayıb və Latakiyadakı bazada aviaqruplaşmasını gücləndirir. Xəbər verilir ki, Rusiya 70 hərbi təyyarəsini bölgədə hazır vəziyyətdə saxlayır. Müharibələr elə bu cür yaranır. Kiçik bir qığılcım tezliklə yanğına çevrilə bilər. Madam söhbət Ankara ilə Moskva arasında münasibətlərin ciddi şəkildə aydınlaşdırılmasından gedir, bütün mümkün ssenariləri nəzərə almalıyıq.

Güman ki, Rusiya noyabrda məhv edilmiş təyyarənin və öldürülmüş pilotun qisasını almağa can atır, Türkiyəni qəsdən fitnəyə çəkir və öz niyyətinə çatmaq naminə müharibə həddində balanslaşır. Başqa sözlə, Moskva türk hava məkanının pozmaqla (NATO-nun da təsdiqlədiyi fakt), ola bilsin, Ankaranı döyüşə çəkməyə cəhd edir. Bəlkə də, NATO-nun Türkiyəyə kömək etmək vədinin boz söz olduğunu göstərməyə səy edir.

Ankaranın qərbli müttəfiqlərinin Türkiyənin xatirinə Rusiya ilə savaşa girməyə hazır olub-olmadığı indiyədək aydın deyil. NATO müqaviləsinin beşinci maddəsi isə qurum üzvlərinin öz müttəfiqi naminə məcburən müharibəyə qatılmasını nəzərdə tutmur. Söhbət hücuma məruz qalmış müttəfiqə üzvlərin “zəruri sayacağı yardım”ın göstərilməsindən gedir. Deməli, vəd edilmiş dəstək sanksiyaların tətbiqi və yaxud Rusiyaya münasibətdə diplomatik etirazlarla məhdudlaşa bilər.  Türkiyə ilə Rusiya onsuz da Suriyada əvvəlcə gizli cərəyan edən, indi isə açıq formaya keçən savaş durumunda idi.

Öncələr artıq qeyd etdiyimiz kimi, “Demokratik Birlik” partiyası (PYD) Cenevrəyə dəvət edilməsin deyə, mümkün hər şeyi edən Ankara üçün Suriyanın quzeyində “kürd muxtar bölgəsi qarabasması” hələ bitməyib və “Cenevrə”yə görə ABŞ-dan əli boşa çıxmış PYD-nin Rusiya ilə daha çox yaxınlaşacağının əlamətləri var. Bu isə PYD-nin hərbi qanadını Fəratın qərbində faəl hərəkətə sürükləyəcək.

Ankara deyir ki, buna yol verməyəcək və bölgəyə girsə – Türkiyə ərazisindən isə artilleriya atəşləri ilə bu planlara mane olmaq mümkünsüzdür – onda tamamilə yəqindir ki, qarşısında onsuz da “döyüşə” can atan Rusiyanı görəcək.

Ərdoğanın və Davudoğlunun kürdlərin Fərartın qərb sahilində irəliləməsi xüsusunda kəskin xəbərdarlıqlarına baxmayaraq, nəsə Ankaranın istədiyi kimi getməsə, Türkiyənin bölgəyə qoşun yeritməkdən başqa çıxış yolu qalmaya da bilər. Lakin bu cür halda Türkiyə ilə Rusya arasında labüdən baş qaldıracaq münaqişəyə NATO-nun girişib-girişməyəcəyi aydın deyil.

Nəhayət, PYD və YPG Cenevrəyə dəvət edilməsə də, Suriyada döyüş meydanında ABŞ başda olmaqla antiişid koalisiyasının indiyədək ən effektli müttəfiqi olaraq qalır. Açığını desək, hətta ABŞ da Türkiyənin YPG ilə və bununla bağlı Rusiya ilə münaqişəyə girməyini təqdir etməyəck.

Beləliklə, Suriya məsələsində Türkiyə üçün son dərəcə təhlükəli dönəm başlanıb. Ədalət və İnkişaf Partiyasının rəhbərliyi bu prosesi rasional şəkildə yönəldə bilməsə, I Dünya savaşından sonra Türkiyəni öz qonşuları ilə savaşa sürükləyən ilk partiya kimi tarixə düşəcək.

 

Semih İdiz

Cumhuriyet (Türkiyə), 02.02.2016