XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

03 Fevral 2016 - 09:11

Prezident Ərəb Əmirliklərinə niyə getmişdi? – [color=red]TƏHLİL

 

ilham ereb.jpg

Azərbaycan prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri bir sıra məqamları ilə maraqlıdır.

Rəsmi məlumatda görüş zamanı siyasət, iqtisadiyyat, ticarət, investisiya, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundğu bildirlidi.

Prezident İlham Əliyevin səfərinə müəyyən dərəcədə cavab səfəri kimi baxmaq olar. 2015-ci il aprelin 2-də BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay əmiri şeyx Məhəmməd bin Rəşid Əl Məktum Bakıya rəsmi səfərə gəlmişdi.

Bu səfərlə bağlı analitiklərin şərhində qeyd olunur ki, dövlət başçısınn səfəri iki dövlət arasında biznes münasibətlərini əhatə edib.  

Azərbaycan və BƏƏ arasında əməkdaşlıq qarşılıqlı əsaslarla qurulub və fəallığı ilə nəzərə çarpır. 2011-ci ildə ticarət əlaqələrinin gücləndirilməsi üçün Bakıda BƏƏ Ticarət Palatasının ilk xarici ofisi – Bakı-Dubay Ticarət Palatası yaradılıb. İqtisadi, ticari və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya, Bakı-Dubay Əməkdaşlıq Şurası, Əməkdaşlıq üzrə Bakı-Əbu-Dabi Şurası və Azərbaycan və BƏƏ arasında Biznes Şurası mövcuddur. (Turan)

2015-ci il noyabrın 10-dan etibarən rəsmi Bakı BƏƏ vətəndaşları üçün viza rejimini sadələşdirib.

Azərbaycan Dövlət Gömrük Xidmətinin məlumatına görə, 2015-ci ilin yanvar-sentyabr aylarında ölkələr arasında ticarət mübadiləsi 46,78 milyon dollar təşkil edib, BƏƏ üçün müsbət saldo 42,2 milyon dollara bərabər olub.

BƏƏ-də Azərbaycan kapitalının iştirak etdiyi üç yüzə yaxın biznes qurumu fəaliyyət göstərir. Əmirliklərdə ən məşhur oyunçu kimi Azərbaycan Dövlət Neft Şirkətinin törəmə qurumu olan SOCAR Trading çıxış edir. Şirkət Fuceyr limanında 347 min kubmetr həcmi olan neft terminalına malikdir. SOCAR yaxın gələcəkdə onun gücünü 650 mln. kubmetrə çatdırmaq istəyir. Bu barədə Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin sədr müavini Maqsud Mahmudov bazar ertəsi Bakıda Azərbaycan-İndoneziya Energetika Forumunda bildirib.

Bu mövzu İlham Əliyevin elan edilməmiş səfər gündəliyində mühüm məsələlərdən biri ola bilər.  Çünki SOCAR Trading son illər üçüncü ölkələrin neft və qaz treyderi kimi xeyli irəliləyib. SOCAR-ın statistika məlumatları buna dəlalət edir. 2014-cü ilin yekunlarına görə Azərbaycan Dövlət Neft Şirkətinin ümumi gəliri 39 mlrd. 674 mln. manat təşkil edib. Bunun əsas hissəsi SOCAR Tradingin payına düşüb – 31 mlrd. manat.

Öz növbəsində, əmirliklər həmişə Azərbaycanda maliyyə-iqtisadi iştirakını genişləndirməyə hazır olduğunu bildirib. Azərbaycanın qarşılaşdığı böhran şəraitində və president İlham Əliyevin siyasi kursunda əsas vurğunu qeyri-neft biznesinin inkişafına keçirmək cəhdini nəzərə alsaq, Yaxın Şərq kapitalı tam yerinə düşər.