XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Fevral 2016 - 09:39

[color=red]Qlobal şirkətlər neftin bahalaşması üçün dua edirlər[/color]

 

bohran.jpg

 

Gözləntilərin əksinə olaraq neftin qiymətinin ucuzlaşması Qərbdə istehsal olunan bir çox mallara olan tələbatı azaldıb.

Strateq.az bildirir ki, bu barədə “Bloomberg” Agentliyi məlumat verib. Qeyd olunur ki, bu tələbatla yanaşı, onlarla investisiya  layihələri dayanıb.

“Dünya iqtisadiyyatı 15-25 il əvvələ nisbətən, bu gün inkişaf etməkdə olan ölkələrdən daha çox asılı olub”, – deyə ekspertlər bildirib.  

Yanvar ayında beynəlxalq investisiya şirkəti olan “BlackRock”un rəhbəri Lourens Fink sevinclə deyirdi ki, “dünyada 4 milyard insan üçün enerji daşıyıcılarının və istilik təchizatının qiyməti ucuz olacaq. Onların daha çox pulu ciblərində qalacaq”.

Lakin iqtisadiyyatı neftin qiymətindən asılı olan inkişaf etməkdə olan ölkələrdə vəziyyət başqadır. Bu ölkələrdə iqtisadiyyat bu şəraitdə ləng inkişaf edir və onlar investisiya layihələrini maliyyələşdirməkdə tələsmirlər.  

“Bloomberg”in məlumatlarına görə, hazırda dünya iqtisadiyatının müxtəlif sahələrində dondurulmuş layihələrin həcmi 380 milyard – 1,5 trilyon dollar təşkil edir. Avadanlıqlara olan tələbət ciddi şəkidə aşağı düşüb.

Enerji daşıyıcılarının qiymətinin düşməsi istehlak bazarına da təsir edib. Apple şirkəti öz məhsullarının axırıncı kvartalda satışının aşağı düşməsini neft istehsal edən ölkələrdə iqtisadi inkişafın aşağı tempi ilə izah edib.

“Mən heç vaxt ağlıma da gətirə bilməzidm ki, neftin qiymətinin bahalaşması üçün dua edəcəyəm. İndi bunun üçün dua edirəm”,- deyə Hollandiyanın nəhəng bankı olan “ABN Amro”nun aparıcı iqtisadçısı Xan de Yonq vurğulayıb: “Dünyaya yüksək neft  qiymətləri çox vacibdir”.

X.SƏFƏRLİ