XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 Fevral 2016 - 10:35

Bir Dövlət Komitəsi və iki Xidmət ləğv edildi: [color=red]Yeni Nəzarət Palatası yaradılır – FƏRMAN

ilham serencam.jpg

Prezident İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda deyilir ki, son vaxtlar dünyada baş verən iqtisadi-siyasi proseslər ölkədə qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin, habelə ödəniş sistemlərinin fəaliyyətinin çevikliyinin və şəffaflığının təmin olunmasını, həmçinin bu sahələrdə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsini, eləcə də ictimai nəzarət sisteminin yaradılmasını zəruri edir.

Ölkənin maliyyə sisteminin daha da sabit və dayanıqlı, rəqabətqabiliyyətliliyinin isə daha yüksək olması üçün maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların hüquqlarının qorunması tələb olunur. Nəzarət Palatası bu məqsədlə yaradılıb.

Nəzarət Palatası Azərbaycanın qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin edəcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasının təsisçisinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçiriləcək.

Təsisçi nizamnaməni və strukturu təsdiq edir, nizamnamə fondunun miqdarının müəyyən edir, icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verir.

Fərmana əsasən Maliyyə Bazarlarına Nəzarət Palatasında 5 nəfər üzvdən ibarət Direktorlar Şurası yaradılır.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. 

Bu fərmana əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi qüvvəyə mindiyi gündən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir. 

Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrupu yaradılıb:

 İşçi qrupunun rəhbəri:

Rüfət Aslanlı – Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri

 İşçi qrupunun üzvləri:

Asim Məmmədov – "Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri

Cəlal Qasımov – "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri

Faiq Hüseynov – "Unibank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri

Rövşən Cavadov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun investisiya departamentinin direktoru

Zəka Mirzəyev – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri

Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar "Qiymətli kağızlar bazarı haqqında”, "Banklar haqqında”, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, "Bank olmayan kredit təşkilatları haqqında” və "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.