XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 Fevral 2016 - 12:09

Prezident sahibkar şikayətlərini araşdırmağı bu şəxslərə tapşırdı – [color=red]ADLAR

prezident-aparati.jpg

Prezident İlham Əliyevin 2016-cı il 3 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibi təsdiq edilib.

Azərbaycan Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev Şuranın sədri təyin edilib.

Şuranın üzvləri isə aşağıdakılardır:

Feyruz Mustafayev – Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin aparıcı məsləhətçisi

Vüsal İsayev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri

Bəhram Məmmədli – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin baş məsləhətçisi

Nəsimi Məmmədov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun böyük məsləhətçisi

Elturan Babayev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi

Niyaz Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi

Süleyman Qəmbərov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri

Anar Əliyev – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri