XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 May 2015 - 19:23

Türkiyə diktatoru öldümü?

Türkiyə tarixində sağikən ən çox tənqidə məruz qalanlardan biri – keçmiş diktator Kənan Evrən haqqında müəmmalı xəbərlər dolaşır. ölkənin müxtəlif mətbu orqanlarında hərbi xunta liderinin öldüyü şübhəsi gündəmə gətirilib. Bu şaiyələrin yayılmasına səbəb generalın sağlamlıq durumuyla bağlı verilən rəsmi məlumatlardır.

Strateq.az-ın bildirdiyinə görə, rəsmi məlumatlarda Kənan Evrənin ailəsinin, vəkillərinin və yaxınlarının təcili Gülhanə Əsgəri Tibb Akademiyasına çağrıldığı bildirilir. 98 yaşlı keçmiş diktatorun sağlamlıq durumunun kritikləşdiyi və nəfəs aparatına qoşulduğu da rəsmi xəbərlər arasındadır. Mütəxəssislərə görə, əsgəri akademiyanın K. Evrənin yaxınlarını bu şəkildə xəstəxanaya çağırması, böyük ehtimalla, generalın dünyasını dəyişməsiylə əlaqədardır.

Qeyd edək ki, Türk ordusunun ən ünlü generallarından sayılan Kənan Evrən 1978-ci ildə ordunun Baş Qərargah rəisi təyin olunur. Həmin illərdə ölkəni bürüyən daxili çaxnaşmaları zorla yatırdıqdan sonra, 1980-cı ildə hərbi çevrilişlə hakimiyyətə yiyələnir. 1982-ci ildə özünü Türkiyənin 7-ci Prezidenti elan edən Kənan Evrən 7 il sərt yumruğuyla idarə etdiyi ölkəni Turqut özala buraxaraq təqaüdə ayrılıb. Türkiyə məhz bu dinc dəyişiklikdən sonra yenidən inkişaf yoluna qədəm qoyur.

Kənan Evrən haqqında müxtəlif fikirlər mövcuddur. Onu hərbi xunta lideri kimi qəbul edənlərlə yanaşı, Türkiyəni bəlalı günlərdən qurtardığını düşünənlər də var. Generala simpatiya ilə baxanların görüşünə görə, əslində ölkə iqtisadiyyatının çökməsinin günahı ondan əvvəlki hakimiyyətin yaratdığı hərc-mərclikdə idi.

Kimin günahkarlığından asılı olmayaraq, Kənan Evrənin Türkiyə tarixinə damğasını vurduğu şübhəsizdir.

Strateq.az