XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

03 Fevral 2016 - 15:06

Beynəlxaq Valyuta Fondunun Azərbaycanla bağlı bəyanatı: [color=red] “İqtisadi artım üzərindəki təzyiqlər davam edəcək”

BVF.jpg

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl Qorçinin rəhbərlik etdiyi Fondun işçi heyət üzvlərindən ibarət komandası 2016-cı ilin 28 yanvar – 3 fevral tarixlərində Bakıda faktaraşdırıcı niyyət, habelə texniki yardım müstəvisində əməkdaşlıq sahələrinin müzakirəsi məqsədini daşıyan səfərdə olub.

Maliyyə Nazirliyindən verilən məlumata görə, səfərin yekunları ilə bağlı Məhəmməd əl-Qorçi bəyanat yayıb.

Bəyanatı oxuculara təqdim edirik:

Azərbaycan iqtisadiyyatı, xüsusilə neft qiymətlərinin gözəçarpan dərəcədə aşağı düşməsi, iqtisadi artımın əhəmiyyətli dərəcədə səngiməsi və ticari tərəfdaş olan ölkələrin milli valyutalarının dəyərdən düşməsi nəticəsində, mənfi şoklar silsiləsinə məruz qalıb. İqtisadi artım tempi 2015-ci ilin birinci yarısında yüksək olub, lakin ilin ikinci yarısında azalıb, cari hesabın profisiti isə heçə enib.

Rəsmi orqanlar kənardan pisləşən mühitə qarşı bir sıra cavab tədbirlərini görüblər. Ehtiyatda olan vəsaitin azaldığı və kənar şokların bərkidiyi şəraitdə Mərkəzi Bank manatı devalvasiyaya uğradıb və idarə olunan üzən məzənnə regiminə buraxıb. Devalvasiya rəqabət qabiliyyətini artırmağa kömək edib.

Gələcəyə baxdıqda, iqtisadi artım və tədiyyə balansı üzərindəki təzyiqlər, yaxın gələcəkdə, rəsmi orqanların üzləşdiyi əsas çağırışlar olaraq böyük ehtimalla davam edəcək. Bununla belə, Azərbaycanın əhəmiyyətli həcmdə ehtiyat vəsaitini nəzərə aldıqda, habelə iqtisadi siyasətlə bağlı cavab tədbirlərinin daha da gücləndiriləcəyi təqdirdə, rəsmi orqanlar yaranmış çağırışların öhdəsindən gəlmək üçün yaxşı mövqeyə malikdirlər.

Biz hökumətin layihələrin səmərəliliyinə daha çox diqqət yetirməklə, 2016-cı ildə dövlət investisiya xərclərini daha davamlı səviyyəyə doğru əlavə olaraq azaltmaq niyyətini dəstəkləyirik.

Rəsmi orqanlar və BVF işçi heyəti iqtisadi siyasət məsələləri müstəvisində yaxından dialoq aparmaq və texniki yardımı artırmaq baxımından razılığa gəliblər”.