ABŞ dövlət katibi Con Kerri ilə İtaliya xarici işlər naziri Paolo Centiloninin birgə mətbuat konfransında qalmaqal yaşanıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, mətbuat konfransına qatılan xanım jurnalistlərdən biri qəfildən yerindən qalxaraq Kerriyə «İŞİD-i siz yaratmısız» deyə, qışqırmağa başlayıb.
Jurnalist dərhal əhatəyə alınıb və zorla zaldan çıxarılıb. Onun hansı media orqanını təmsil etdiyi açıqlanmır.