XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Fevral 2016 - 20:47

Yaxın Şərq [color=red] Rusiyanın ixtiyarına verildi


Cenevrə-3 danışıqları nəticəsiz başa çatıb.

Strateq.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura etiraf edib. O, suriyalı müxaliflərin yaratdığı Müzakirə Ali Komitəsi (MAK) ilə görüşdükdən sonra mətbuata açıqlamalar verərək müzakirələrin dayandırıldığını və 25 fevrala qədər təxirə salındığını bildirib.

Steffan de Mistura növbəti danışıqların Suriya xalqının xeyrinə olmasına ümid etdiyini bildirərək, deyib: "Bu səbəblə də danışıqlara ara veriləcək və növbəti danışıqlar 25 fevralda davam etdiriləcək. Yenə nəticəsiz bir Cenevrə görüşü keçirmək üçünmü buradayıq, yoxsa Suriyanın gələcəyini, siyasi prosesi, yeni konstitusiyanı, seçkiləri danışarkən ciddi bilərikmi? Suriya xalqı bu danışıqlardan siyasi çözüm gözləyir. Həqiqəti demək tələb olunursa, biz hələ də bunu müşahidə edə bilməmişik".

Qeyd edək ki, BMT təmsilçisi bir neçə gün əvvəl suriyalı müxaliflərlə görüşündə uzlaşmaz tövrlərini davam etdirərlərsə, danışıqları yarıda kəsəcəkləriylə onları təhdid etmişdi. Görünür, MAK üzvləri güzəştə getmək istəmədiklərindən qorxulan olub.

Suriya müxalifəti adından Cenevrə-3-ə qatılanlar Qərb dövlətlərinin “mülayim müxalifət” adlandırdıqları qrup liderləridir. Onlar əsasən Türkiyə və Səudiyyə Ərəbistanı tərəfindən müdafiə olunurdular. Rusiyanın İŞİD əvəzinə bombaladığı bu qüvvələrdən indi BMT-nin də dəstəyini çəkməsi beynəlxalq güc mərkəzləri tərəfindən Yaxın Şərqin regional güc mərkəzlərinin ixtiyarına buraxılması deməkdir. Regionda at oynadan isə Rusiya və onun müttəfiqləridir-yəni İran, İraq və Livan Hizbullahı.

Türkiyənin və körfəz ölkələrinin, xüsusilə də  Səudiyyə Ərəbistanının bu hadisələrə laqeyd qalması asan deyil. Bölgədə onlara bağlı qruplar tamamilə yox edilir, Yaxın Şərqin müəyyənləşdirilən taleyi onların da dövlət maraqlarını təhdid edir.

Sözsüz ki, indiyə qədər ABŞ-ın şirin vədlərinə inanan bu dövlətlər ortaya çıxan situasiya ilə razılaşa bilməzlər. Bu yaxınlarda Səudiyyə Ərəbistanına rəsmi səfərə gedən Türkiyə heyətinin içərisində ordunun Baş Qərargah rəisi Hulusi Akarın da bulunması regionun digər aktyorlarının vəziyyətdən çıxış yolları barədə ciddi nigarançılıq keçirdiklərini göstərir.

Hadisələrin seyri regional güclərın ixtiyarına buraxılmış Yaxın Şərqdə konfliktin daha da böyüyəcəyi, lokal münaqişədən qitə savaşına keçəcəyi ehtimalını yaradır.

Heydər Oğuz