XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Fevral 2016 - 06:17

Assanc “ağ bayraq” qaldırdı [color=red]- Təslim olacağı tarixi açıqladı

Qalmaqallı «WikiLeaks» saytının qurucusu Culian Assanc Britaniya hökumətinə təslim olmağa hazır olduğunu bildirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, uzun müddətdən bəri Ekvadorun Londondakı səfirliyinə sığınan Assanc bunun üçün bir şərt irəli sürüb: «Əgər BMT fevralın 5-də mənim Britaniya və İsveçrəyə qarşı uduzduğumu elan etsə, həmin gün günorta saatlarında səfirlikdən çıxacam və həbs olunmaq üçün Britaniya polisinə təslim olacam. Bu halda şikayətimi davam etdirmək üçün heç bir perspektiv qalmayacaq. Əgər bunun əksi olsa – BMT komissiyası mənim tərəfimdə dursa və Londonla Stokholmun addımlarında qanun pozuntusunun olduğunu bəyan etsə, mən pasportumun qaytarılmasını və həbs təqibindən azad olunmağımı gözləyəcəm".

2012-ci ildən Ekvador səfirliyindən gizlənən Assanc bu yolla İsveçrəyə ekstradisiya olunmaqdan yayınır. İsveçrə hüquq-mühafizə orqanları Assancı təcavüz və cinsi istismarda ittiham edir.

Avstraliyalı jurnalist isə bütün ittihamları rədd edir. Assanc ehtiyat edir ki, Stokholm onu ABŞ-a təhvil verər. ABŞ-da isə «WikiLeaks»lə gizli sənədləri yayan Assancı ölüm hökmü gözləyir.