XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

04 Fevral 2016 - 10:17

Türkiyə prezident üsul-idarəsi istiqamətində ilk addımını atdı

Türkiyə parlamentinin Konstitusiya Məşvərət Komissiyası ilk icrasını keçirir.

Strateq.az xəbər verir ki, toplantıya Türkiyə Böyük Millət Məclisinin sədri  İsmail Kahraman rəhbərlik edir.

Komissiyanın nə məqsədlə toplandığı deyilməsə də, böyük ehtimalla, Türkiyənin prezident üsul-idarəsinə keçməsini müzakirə edəcəyi gözlənilir. Çünki qanunvericiliyə əsasən, bu komissiyasının vəzifələrinə Konstitusiya layihələri hazırlamaq daxildir.

Mənbə:

ANAYASA UZLAŞMA KOMİSYONUNUN ÇALIŞMA USULLERİ

Madde 2.- Komisyonun görevi
Komisyonun görevi, anayasa yapım sürecini yönetmek ve anayasa taslak metnini hazırlamaktır.

Qeyd edək ki, prezident seçildikdən sonra Ərdoğanın başlıca məqsədlərindən biri ölkənin siyasi idarəetmə şəkilini dəyişdirib, prezdent üsul-idarəsinə keçmək idi. Bunun üçün də son parlament seçkilərinə böyük əhəmiyyət verən AKP ilk seçkidə gözlədiyi nəticəni almamışdı. Daha sonra müxtəlif siyasətlərlə təkrar seçkilərə nail olub, arzuladığı sayda millət vəkili seçdirməyi bacardı.

Parlamentin indiki heyəti Türkiyə siyasi iradəsinə öz hədəfini referenduma çıxarmadan belə reallaşdırmaq imkanı verir.

Di gəl ki, AKP-nin bu niyyəti istər ölkə müxalifəti arasında, istərsə də beynəlxalq sferalarda xoş qarşılanmır. Bu yaxınlarda Türkiyəyə səfər edən ABŞ-ın ikinci dövlət adamı Co Bayden müttəfiqinin parlament üsul-idarəsinə sadiq qalmasını arzuladıqlarını açıq şəkildə ifadə etmişdi.

Odur ki, AKP hökumətinin bu addımının necə qarşılanacağı maraq doğurur.

Strateq.az