XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

04 Fevral 2016 - 11:03

BMT Assancın taleyini həll etdi[color=red] – Qərar açıqlandı

BMT komissiyası «WikiLeaks» saytının qurucusu Culian Assancın Britaniya hökumətinə qarşı şikayətinə baxıb və jurnalistin xeyrinə qərar qəbul edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, komissiya Britaniya polisinin Assanca qarşı həbs təqibini qanunsuz və əsassız olduğunu açıqlayıb. 

***

Qalmaqallı «WikiLeaks» saytının qurucusu Culian Assanc Britaniya hökumətinə təslim olmağa hazır olduğunu bildirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, uzun müddətdən bəri Ekvadorun Londondakı səfirliyinə sığınan Assanc bunun üçün bir şərt irəli sürüb: 

«Əgər BMT fevralın 5-də mənim Britaniya və İsveçrəyə qarşı uduzduğumu elan etsə, həmin gün günorta saatlarında səfirlikdən çıxacam və həbs olunmaq üçün Britaniya polisinə təslim olacam. Bu halda şikayətimi davam etdirmək üçün heç bir perspektiv qalmayacaq. Əgər bunun əksi olsa – BMT komissiyası mənim tərəfimdə dursa və Londonla Stokholmun addımlarında qanun pozuntusunun olduğunu bəyan etsə, mən pasportumun qaytarılmasını və həbs təqibindən azad olunmağımı gözləyəcəm".

2012-ci ildən Ekvador səfirliyindən gizlənən Assanc bu yolla İsveçrəyə ekstradisiya olunmaqdan yayınır. İsveçrə hüquq-mühafizə orqanları Assancı təcavüz və cinsi istismarda ittiham edir.

Avstraliyalı jurnalist isə bütün ittihamları rədd edir. Assanc ehtiyat edir ki, Stokholm onu ABŞ-a təhvil verər. ABŞ-da isə, «WikiLeaks»lə gizli sənədləri yayan Assancı ölüm hökmü gözləyir.