"Sumqayıtda yerləşən bütün müəssisələr vergiləri Bakıya yox, Sumqayıta ödəməlidir".
Bunu Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov deyib.
Zakir Fərəcov bildirib:
"Mən qəti şəkildə tapşırıq vermişəm ki, kim gedib Bakıya vergi ödəyəcəksə, onun qazı, suyu və işığı da kəsiləcək. Bu, həm də cənab prezidentin verdiyi sərəncama uyğun atılan bir addımdır".
Salamnews.az